18px16px14px12px

Dağıdıcı müxalifətin 2016-cı il portreti

Dünənin xainləri, bu günün "müxalifət"çiləri, sabahın heç kimləri 
 
XX əsrin 90-cı illəri Azərbaycan xalqı üçün çox mühüm tarixi səhifəyə çevrildi. Təkcə ona görə yox ki, ölkəmizin əsas inkişaf strategiyasının əsasları həmin dövrdə işlənib-hazırlandı və bu istiqamətdə tarixi nailiyyətlər əldə olundu. Həm də ona görə ki, həmin dövrdə xalqımızın üçün "sapı özümüzdən olan balta"larla tanış olmaq üçün bir imkan yarandı. Məhz 1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqil elan olunandan sonra dünyanın müxtəlif kəşfiyyat orqanlarına xidmət edən bədxah qüvvələr ölkəmizdə hakimiyyəti qəsb etdilər, ən kortəbii, zorakı üsullarla iqtidara gəldilər. 1991-ci il sentyabrın 8-dən 1992-ci ilin martın 6-na qədər Ayaz Mütəllibovun hakimiyyətdə olduğu Azərbaycanda bütün xarici kəşfiyyat qrupları, eləcə də, mənfur ermənilərlə işbirliyində olan təxribatçı birləşmələr üçün münbit şərait yaranır. Məhz bu dövrdə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar. Mayın 14-də Ayaz Mütəllibovun "günahsızlığı" sübut olunur, ancaq bu dəfə o özü istefa ərizəsi yazıb ölkədən qaçır. 1992-ci il 8 iyun tarixindən Azərbaycan Respublikasına prezidentlik etməyə başlayan Əbülfəz Elçibəyin zamanında vəziyyət daha dözülməz həddə çatdı, bütün sferalarda xaos başladı, dövlət strukturları iflic duruma düşdü. Məhz həmin dövrdə bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1,5 ton qızıl və digər qiymətli metallar toplanmasına baxmayaraq, dövlətin bütün orqanlarını bürümüş anarxiyanın, özbaşınalığın nəticəsi olaraq həmin fond AXC-Müsavat iqtidarı tərəfindən talan olundu, sərvət Türkiyəyə daşındı. Elçibəyin bir illik hakimiyyəti ərzində 1993-cü il iyun ayının 17-nə qədər Azərbaycan xalqı ən ağır dövrlərindən birini yaşadı. Laçının, Kəlbəcərin işğal olunması onun prezidentlik dövründə baş verib. Eyni zamanda, ondan sonra işğal olunan rayonların da "qəsb konsepsiyası", məhz onun dövründə daha da təşəkkül tapdı, proseslərin qarşısını almaq mümkün olmadı. Dövlətin ayır-ayrı sütunlarına hopmuş cəbhəçi və müsavatçıların yarıtmaz, qeyri-peşəkar fəaliyyətləri, eləcə də, onların xarici xüsusi xidmət orqanlarının əlində oyunacağa çevrilməsi torpaqlarımızın ard-arda işğal olunmasına səbəb oldu. 1998-ci ildə Elçibəy özü də etiraf edir ki, rayonlarımızın işğal olunmasında əsas günahkarlardan biridir. AXC-Müsavat iqtidarı dövründə dövlət idarəçiliyini bütünlüklə ələ keçirmiş şəxslər- İsa Qəmbər, Pənah Hüseyn, Əli Kərimli, Sülhəddin Əkbər, Arif Hacılı və başqaları daha çox şəxsi intriqalarla gündəmdə qaldılar. İsgəndər Həmidov silahlı birləşmələr yaradaraq, daxili işlər naziri kimi deyil, əsl "bandit" hərəkətləri ilə yadda qaldı. Eləcə də, Rəhim Qazıyevin döyüş bölgəsindəki "fəaliyyəti", onun Bakıdan verilən tapşırıqları arzu-istəklərinə uyğun şəkildə həyata keçirməsi Azərbaycanın müdafiə sistemini tamamilə məhv etdi, ordu pərən-pərən düşdü, fərarilik tüğyan elədi. Ayrı-ayrı qruplar Azərbaycanı bölgələrə bölərək özləri üçün "respublika" yaratdılar, rayonlarımız arasında məftillər çəkildi. Dövlət büdcəsi talandı, Milli Məclis döyüş poliqonuna çevrildi. Belə bir şəraitdə xalq öz xilaskarını axtardı. Bəli, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycana gəldi, xalq Onu şüarlarla, böyük sevgi ilə qarşıladı. Hər kəs bilirdi ki, xalqı bu vəziyyətdən böyük dövlətçilik təcrübəsi olan və fenomenal yaddaşı, qətiyyəti ilə bütün dünyada şöhrət qazanmış Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. Belə də oldu. Ulu Öndərin Azərbaycana gəlişi ilə bütün daxili və xarici düşmənlər məyus oldular. Onun Azərbaycanı bəlalardan qurtarmaq yolundakı səylərinə, real işlərinə mane olmaq üçün dövlət çevrilişləri hazırlandı, silahlı təxribatçı hərəkətlər həyata keçirildi. Ancaq bütün bunlar baş tutmadı. Çünki artıq Azərbaycanın sükanı elə bir Şəxsiyyətin əlində idi ki, heç bir pis niyyət reallaşa bilməzdi. Qısası, Ulu Öndərin hakimiyyətə gəlişi ilə xarici düşmənlərimiz kimi, bu gün özlərini "müxalifət" adlandıran daxili düşmənlərimizin də kinli, məkrli, mənfur planları alt-üst oldu. Xalq Ümummilli Lider Heydər Əliyevi seçdi, xalq bütün bədxahlara, səriştəsizlərə, qəsbkarlara birdəfəlik "yox" dedi. Artıq üstündən 23 il keçib, bəs vaxtilə iqtidarı zəbt etmiş qüvvələr bu gün hansı durumdadırlar? Xüsusilə də, 2016-cı il müxalifətdə nə ilə yadda qaldı? 
 
AXCP, Müsavat- daş altında qalan növbəti il... 2016-nı "yola verən"lər... 
 
Bu il də AXCP və Müsavat üçün uğursuz oldu. Daha çox "siyasi mühacir" və "siyasi məhbus" biznesi ilə məşğul olaraq siyasi səbatsızlıqlarını gizlətməyə çalışdılar. Sentyabrın 11, 17, 18-də "Məhsul" stadionunda AXCP, "Milli Şura" və Müsavatın keçirdiyi mini aksiyalar bu məqsədə xidmət edirdi: xaricdən daha çox pul almaq, "aktiv müxalifətçi"lərin mitinqdə fotolarını çəkib səfirliklərə müraciət etmək, böyük qonorar, qrantlar qazanmaq, həbs edilən cinayətkarların "müdafiəsi" adı altında onların yaxınlarından külli miqdarda pul alaraq, adlarını "siyasi məhbus" siyahılarına salmaq və sairə. Cari il də AXCP üçün kütləvi istefalarla yadda qaldı. Partiyanın bir neçə rayon təşkilatları buraxıldı. AXCP sədrinin müavini Fuad Qəhərmanlı terroru, dövlət çevrilişinə cəhdi dəstəklədi, bununla da təmsil etdiyi partiyanın mövqeyini növbəti dəfə ortaya qoydu. Eyni zamanda, AXCP sədri Ə.Kərimli keçmiş müavin və müşavirlərini porno-kassetlərlə şantaj etdiyinə görə, gündəmə gəldi. Onun oğlu ermənilərlə birlikdə ABŞ-da Azərbaycan əleyhinə keçirilən dinləmədə iştirak etdi. Aprel döyüşləri zamanı Ə.Kərimli ermənipərəst mövqeyi ilə gündəmi zəbt etdi, ordumuzun gücü, həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara kölgə salmağa çalışdı. İctimaiyyət nümayənləri onun evinin qarşısında aksiyaları keçirərək, anti-Azərbaycan çağırışlarına öz etirazlarını bildirdilər. Daha çox siyasi fəaliyyətlə deyil, bu tip provokativ addımlarla gündəmə gələn AXCP xalqın təpkisi ilə üzləşdi. Konstitusiyamıza edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən refrendum zamanı AXCP-nin təxribatlar törətmək cəhdlərinin də qarşısı alındı. Bir neçə cəbhəçi istefa verib AXCP sədrinin oyunları, çirkin əməlləri haqqında bütün ictimaiyyəti məlumatlandırdılar. Müsavat partiyası da bu il AXCP ilə eyni taleyi yaşadı. "Yeni Müsavat" qəzeti ilə partiya arasında qarşılıqlı ittihamlarla müşahidə olunan intriqalar bu dəfə yeni məcraya qədəm qoydu. Əgər bu vaxta qədər qəzet rəhbərliyi ilə partiya başqanı arasındakı gərginlik mətbuatdan gizlədilirdisə, bu dəfə bütün sınadıqları açıldı. Hətta "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə Müsavat başqanı arasında təhqir savaşı başladı. Nəticə olaraq qəzetin əməkdaşları, jurnalsitlər, rəhbər heyəti Müsavatdan istefa verdilər. R.Arifoğlu A.Hacılını Müsavatı dağıtmaqda ittiham edərək, hər kəsi partiyadan uzaq durmağa səslədi. A.Hacılı isə, öz növbəsində, qəzetin əməkdaşlarının partiya qərargahına gəlməsini yasaqladı. Müsavatın da bir neçə rayon təşkilatı özünü buraxdı. Rayon təşkilatları kütləvi istefa sənədi hazırlayaraq, mətbuat qarşısında Müsavatla yollarını ayırdıqlarını bəyan etdilər. 2016-cı il Müsavat üçün zərrə qədər də uğurlu il sayılmadı. Partiyanın bütün fəaliyyəti iflic duruma düşdü. AXCP sədri ilə Müsavat başqanı arasındakı üzvlərin "ovu" məsələsi bu il də gündəmdə qaldı. Sentyabrın 18-də "Məhsul" stadionunda keçirdiyi 150 nəfərlik mitinqə görə Müsavat növbəti dəfə gülüş obyektinə çevrildi. Həmçinin, A.Hacılının başqanlığı müddətində "siyasi mühacir" və "siyasi məhbus" biznesi daha da genişləndi. Konkret olaraq, ayrı-ayrı "müxalifətçi"lərdən 15 min  manat məbləğində alınan pulun müqabilində onların guya polis tərəfindən təqib olunduğu ilə bağlı saxta rəy yaradaraq xarici ölkələrin ölkəmzidəki səfirliklərini müraciətlər ünvanladı. Nəticə isə ürəkaçan olmadı. Almaniyaya gedən "siyasi mühacir"lər orada Suriya qaçqınları ilə eyni düşərgədə və çadırda yaşamağa məcbur edildilər. İndi bu addımlarına görə, peşmançılıq hissi keçirsələr də, gecdir. Doğma ölkəsi haqqında mənfi rəy yaratmağa cəhd edən "siyasi mühacir"lərin geriyə dönüş yolları da qapanmış durumdadır. Müsavat hazırda daş-divarlardan ibarət, heç bir sosial dayağı olmayan, siyasi proseslərə təsir imkanları sıfıra bərabər olan bir qurumdur. 
 
Özünə yurd-yuva tapa bilməyənlər nəyi gözləyir? 
 
KXCP, ADP, ALP, AzDP, "Ümid", "NİDA" və sairə təşkilatların taleyi daha ağır oldu. Hər rübdə bir partiyanın qoltuğu altına sığınan KXCP və onun sədri Mirmahmud Mirəlioğlu üçün 2016-cı il daha səmərəsiz oldu. Artıq nə Müsavatla yaxınlıq edə bilir, nə də AXCP ilə. 2013-cü ildə müxalifətin "birliyi" ssenarsinin yaxşı aktyorlarından biri kimi bu qurum da bir müddət sonra "Milli Şura"dan uzaqlaşdı, ya da qovuldu. Hər nə baş verdisə, M.Mirəlioğlu bu il də köhnə "Vilis"indən ayrıla bilmədi. ADP və onun sədri Sərdar Cəlaloğlu  üçün də vəziyyət ağır oldu. Ayrı-ayrı dini şəxsiyyətlərin, tarixi qəhrəmanların, adət-ənənələrimizin əleyhinə işlətdiyi yersiz ifadələrlə gündəmə gələn S.Cəlaloğlu bu addımlarla siyasi fəaliyyətsizliyini ört-basdır etməyə çalışdı. Necə deyərlər, ADP sədri bir gün "siyasətçi", bir gün "dindar", bir gün "alim", bir gün "kimyaçı" oldu. Beləcə, 2016-nı "yola verdilər". ALP tamamilə funksiyasını itirmiş, heç bir əhəmiyyət kəsb etməyən qurum kimi bu il də öz ənənəsində qaldı. Əvəz Temirxan Nərimanov Parkında "vəkil"liklə məşğul oldu, Lalə Şövkət evinə çəkildi. "AzDP" daha çox maliyyələşdirdiyi sayt vasitəsilə öz siması haqqında insanlara müfəssəl məlumat verdi. Kimdən xoşu gəlmirsə, onu da "vurdu". "Ümid" partiyası mandatını itirəndən, İqbal Ağazadə də özünü itirdi. Daha heç kim xırıltılı səs eşitmir. "NİDA" yenə də evdən qaçmış, sırğalı, şalvarı cırıq "kişi"lər və "qadın"larla küçələrdə butulka yığır. Xədicə İsmayıldan aldıqları aylıq maaşın hesabatını hazırladıqları düşük roliklərlə verirlər. Bəs 2017 bunlara nə verəcək? Eyni sima, eyni təfəkkür, eyni düşüncə tərzi, eyni intriqalar və nəhayət, təkrar Don Kixotluq... 
 
Samir 
 



Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər