18px16px14px12px

Naftalin iyi tündləşməkdə davam edəcək

TƏRS BAXIŞ
 
Reallıq budur ki, Azərbaycanın dağıdıcı müxalifəti siyasi fəaliyyətə başladığı gündən etibarən mövcud iqtidarla baş-başa gəlməyi bacarmayıb. Artıq yeni - 2017-ci ilə qədəm qoyulsa da, 2016-nı uğursuz şəkildə başa vuran düşərgə "liderləri"nin bu il daha kəskin naftalin qoxusu verəcəkləri, bununla da olan-qalan elektoratlarını da qaçıracaqları gözlənilir. Çünki nə ağıl, nə siyasi resurs, nə də səmimiyyət mövzusunda bir araya gələ bilməyən "liderlər"in bu günə qədər geridə qoyduqları illər ərzində qazancları yalnız budur.  Beləliklə, vəziyyət dünən olduğu kimi, bu gün də dəyişməyib, əgər məkrli siyasi ömürlərini davam etdirəcəklərini düşünsələr, heç sabah da dəyişməyəcək. 
Artıq onlar üçün nə danışılası, nə də ortaya qoyulacaq əsaslı bir şey qalmayıb. Ayrıca düşünmək olar ki, adlarındakı hərf sayı üzvlərinin sayından daha çox olan partiyalar özlərini növbəti dəfə biabır etməsələr, daha yaxşı olar. Ən azından, abırları üzərlərində qalar. AXCP, Müsavat, "VİP", AMDP, "AzDP", ADP, "Ümid", KXCP, "Ədalət", VHP, "VAMP", AXP, eləcə də adlarını sadalamadığımız onlarla digər adı olub-fəaliyyəti olmayan siyasi müxalifət partiyaları eyni durumlarından qətiyyən fərqlənmirlər.  
Beləliklə, deyə bilərik ki, məğlubiyyət müxalifətin alın yazısıdır. Onların qabiliyyətinə, istəyinə, səmimiyyətinə, gücünə tam adekvat olan bir yekundur. Adamların 25 illik məğlubiyyət immuniteti var. Artıq onlarda arsızlıq mərhələsinə də keçid var. 
Məsələn, Müsavatın sabiq başqanı İ.Qəmbərin dərdi itirmiş olduğu başqanlıq statusunu kompensasiya etməkdir. Ona görə hansısa qurumu, təsisatı yaradıb, öz qüdrətini göstərməyə çalışır. Eyni zamanda, qarşı tərəfə "mən də varam" mesajını verir.
Ə.Kərimli isə "Milli Şura"nı əlində alət edib cibini güdməklə, biznesləri vasitəsilə pulunu qazanmaqla məşğuldur. Yəni bunların yönümləri tam fərqli olsa da, bənzərlikləri də mövcuddur. Daha bir fakt isə budur ki, hər ikisi bir-birinə patoloji nifrət bəsləyir. Ona görə də, məqsəd və amal hər nə olursa-olsun, məqamı gələndə, fürsət düşəndə, öz zəhərlərini tökəcəklər, nifrətlərini büruzə verəcəklər. Seçki söhbəti isə hər iki siyasətçi üçün çoxdan bitmiş mövzudur. İ.Qəmbər və Ə.Kərimli dağıdıcı müxalifətin qələbə görməyən uğursuz veteranlarıdırlar. Qoca, naftalin iyi vermiş veteranları. Elə bu biriləri də onlardan heç də fərqlənmir. Naftalin iyi isə tündləşməkdə davam edəcək.
 
Rövşən RƏSULOV
 



Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər