18px16px14px12px

Dünənin separatçısı bu gün necə "demokrat" olur?

Almaniyada yaşayan, "Azərbaycan Miqrasiya Mərkəzi" adlı qeyri-hökumət təşkilatının sədri Əlövsət Əliyevin "Azadlıqorg"a təlimata əsaslanan müsahibəsini oxudum. Açığı, nə təəccüblənməyə, nə də təəssüf hissi keçirməyə sövq edən heç bir fərqli fikir, yanaşma ilə rastlaşmadım. Bu haqda daha sonra... 
Ə.Əliyev Yardımlının dağ döşündə yerləşən Hamarkənd kəndindən olsa da, ötən əsrin 90-cı illərindən bu günə qədər bu adamın xarakteri hamarlanmadı, kəndinə uymadı, kəsəsi, formalaşmadı. Bir neçə il bundan öncə, Bakının məşhur "Torqovı"sında (Nizami küçəsi) "Legat" adlı hüquq firması vardı. Qardaşı deputat idi, digər qardaşı böyük bir nəşrin sahibi, daha nələr, nələr. Hər kəsin nəyi varsa, özünə qismət. Keçmiş dostlardan biri deyir ki, Əlikram Hümbətov 1992-1993-cü illərdə, yəni AXC-Müsavat iqtidarı dövründə müdafiə nazirinin müavini vəzifəsində işləyərkən, Ə.Əliyevə xüsusi münasibəti vardı. Elə Ə.Əliyevin həyat yoldaşı Südabə Rəsulovanın da dedikləri bu iddianın doğruluğuna heç bir şübhə yer qoymur. Keçmiş dostum deyir: "Əlikram separatçı, qondarma "Talış-Muğan Respublikası" yaradıb özünü "prezident" elan edəndə, Əlövsət də Lənkəranda idi. Biz jurnalist kimi cənub zonasına yollandıq ki, nə baş verdiyini aydınlaşdıraq. Ancaq gördüklərimizdən şoka düşdük. Əlövsət bizi silahla qarşıladı və təhqir edərək qışqırdı ki, bura bizim torpaqlardır, tərk edin buranı. Məftillər də çəkmişdilər. Mənə ən çox təsir edən bu oldu ki, Əlövsət mənim tələbə yoldaşım idi... Mənə də silah çəkdi, həmin ərazilərin artıq "Talış-Muğan Respublikası"na aid olduğunu bəyan elədi". Ə.Əliyevin 1991-ci ildə  polis rəisi vəzifəsində işləməsi də təsadüfi deyildi. Bu, bir faktdır! 
 
"Siyasi mühacir" biznesi ilə məşğul olan "mühacir" 
 
2014-cü il aprelin 7-də Ə.Əliyev mətbuata verdiyi açıqlamasında deyirdi: "Mənim onurğamda əyilmə getdiyi üçün mart ayından Almaniyada həkim növbəsinə dayanmışam. Aprelin 15-də zəng etdilər ki, 22-də burda olmalısan. Mən də ucuz olsun deyə, əvvəlcə Moskvaya, sonra isə Almaniyaya uçdum". O, bir müddət sonra bəyan elədi ki, Almaniyada da qeyri-hökumət təşkilatı qurmaq istəyir, hazırda bu yöndə çalışır və istisna etmədi ki, təşkilati işlərə görə Azərbaycana qayıtması bir az uzana bilər. Bir neçə ay sonra isə özünü "siyasi mühacir "adlandırdı. Ancaq bu məsələdə də fakt faktlığında qaldı. Bu adamın adı qadın alverindən tutmuş müxtəlif çirkli işlərdə hallandı. "Siyasi mühacir" biznesi ilə məşğul olanda isə çoxusuna bu termin bəlli deyildi. Hələ 2005-2006-cı illərdə hansı cəbhəçi, müsavatçı "siyasi mühacir" adı altında xaricə getmək istəyirdisə, Ə.Əliyevin "Tarqovı"da Natəvanın heykəlinin yanındakı ofisinə yaxınlaşırdı. Təbii ki, 2 min dollar da "sənəd" xərci öz yerində. Ölkədən vətəndaşların iş adı ilə xarici ölkələrə qaçırılmasında da az "xidmətləri" olmadı. 2016-cı ilin may ayında isə Ə.Əliyev Ukraynada saxlanıldı və bəlli oldu ki, bu adam törətdiyi cinayətə görə beynəlxalq axtarışdadır. Onun "Azadlıq.org"a verdiyi müsahibəyə qayıdaq. 
 
Məmurları tərifləməkdən doymayan bu günün "müxalifətçi"si 
 
Bu adam vaxtilə daşıdığı rütbənin təsiri altından uzun müddət çıxa bilmədi. Yaxınları da onun daha yüksək posta təyin olunmasına nail ola bilmədi, ən yaxşı halda QHT sədri ola bilərdi, bu da oldu. Hər gün Bakıda icra başçılarının qapısında yatan bu adam 10 il bundan əvvəl heç cəbhəçi, müsavatçı da ola bilmirdi. VHP siyasi şurasına üzv olmaq bunun nəyinə lazım idi!? Müxalifətin 2005-ci il mitinqində Ə.Kərimlini, İ.Qəmbəri sifarişli karikaturalarla söydürən bu adam deyildimi!? Guya bundan başqa heç kim deputat, rəis, nazir, hətta müxalifət "lideri" ola bilməz! Ə.Əliyev müsahibəsində deyir: "Hətta yüksək maaş alan azərbaycanlılar da bizə müraciət edirlər ki, necə edək, ölkədən çıxaq, Azərbaycanı tərk edək". Əvvəla, sənin heç bir hoqqabazlığın bitən deyil. Yüksək maaş alanların səndən məsləhət alması da gülüncdür. Özünüzü belə şeylərə inandırıb, nə əldə edəcəksiniz? Azərbaycan cəmiyyətinə, millətinə olan nifrətindən zövq ala bilmək üçün böhtan atmaq son çıxış yoludurmu!? 2008-ci ildə "Azadlıq" "siyasi mühacir" alveri ilə qaz vurub, qazan dolduranda, sən Azərbaycandan bir nəfər də olsun "siyasi mühacir"in olmadığını bildirirdin. 
Bəli, əslində, bu ölkəni tərk edənlərin bir nəfəri də "siyasi mühacir" deyil. Elə sənin kimi. Həqiqəti demək isə, öz çirkin əməllərini ört-basdır etmək üçün idi. Törətdikləri cinayətlərdən yaxa qurtarmaq üçün müxalifətçi libası geyinərək Almaniyada havayı pulla yaşamaq "siyasi mühacir"likdirmi!? "Milli Şura"nın, AXCP-nin, Müsavatın son mitinqlərinə gələn o 150-200 nəfərin məqsədini sən də yaxşı bilirsən. Mitinqdə iştirak edib, polislə iğtişaş törədib bir-iki şəkil çəkdirərək Avropadan sığınacaq istəmək əxlaqsızlıqdır, yoxsa "siyasi mühacir"lik? Mən nəzərə alıram ki, səndən bu müsahibəni Günel Mövlud alıb. Onu da sənə "haqq" verirəm ki, sənin başqa çıxış yolun yoxdur, öz millətinlə, dövlətinlə yollarını çoxdan ayırmısan və məcbursan ki, Günelə müsahibə verib, bundan sonra özünü qatı müxalifətçi kimi təqdim edəsən. 
 
Samir
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər