18px16px14px12px

Proqnoz: AXCP fəaliyyətini dayandıracaq, Müsavat isə parçalanacaq

Baş verənlərə və araşdırmalara əsaslanaraq, demək olar ki, əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə dağıdıcı müxalifət üçün uğursuz il olacaq. Çünki 2016-cı ildə dağıdıcı müxalifət ümumi birlik modeli ortaya qoya bilmədi. Bunun acı nəticəsi olaraq, müxalifət partiyalarından qopmalar, kütləvi istefalar baş verdi. Məhz bu və digər amilləri nəzər alaraq, demək olar ki, 2017-ci ildə əksər müxalifət partiyaları fəaliyyətlərini dayandırmalı olacaqlar. Xüsusilə, AXCP və Müsavat üçün vəziyyətin son dərəcə ağır olacağı proqnozlaşdırılır. Daha doğrusu, AXCP siyasi fəaliyyətini dayandıracaq, Müsavat isə yenidən parçalanacaq. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında bu ilin müxalifət üçün acınacaqlı il olacağını qeyd etdi. Bildirdi ki, 1993-cü ildən indiyə kimi Azərbaycanda müxalifətin hər hansı bir uğuru olmayıb: "Ulu Öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından və bununla da, Azərbaycanın gerçək müstəqil bir dövlət quruculuğuna start verəndən sonra oyuncaq dövlətçilik fikri ilə yaşayan şəxslərin hansısa formada alternativ bir müxalifət siyasi qüvvə kimi fəaliyyət göstərməsi iflasa uğradı".
Təşkilat sədrinin sözlərinə görə, nə qədər ki, müxalifət reallığı özündə əks etdirməyən və özlərinin istəklərinə uyğun məkrli əməllərə əl atmaqla məşğul alacaqsa, bir o qədər də uğursuzluğa düçar olacaqlar: "Əvvəlki illərdə olduğu kimi, 2017-ci də müxalifət düşərgəsini təmsil edən şəxslər üçün uğursuz və düşərsiz il olacaqdır. Ümumiyyətlə, bundan sonra müxalifətin nəyə isə nail olacağı mümkün deyil. Sadəcə olaraq, bu şəxslər milçək kimi ürək bulandırıcı vızıltıları eşidiləcək". T.Novruzov onu da bildirdi ki, müxalifət liderləri xarici qüvvələrdən aldıqları təlimatı yerinə yetirmək üçün hələ də uğursuz səylərinin davam etdirməkdədirlər. Bu kimi qüvvələr siyasiləmiş QHT-lərin vasitəsi ilə xaricdən maliyyə yardımları alırlar: "Müxalifət düşərgəsində təmsil olunan bu qüvvələrin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Yəni müxalifət partiyaları müxtəlif adlar altında, o cümlədən də, QHT-lər vasitəsi ilə xaricidən maliyyə yardımları alsalar da, heç bir uğurlu nəticə əldə edə bilmirlər. Çünki xalq birmənalı şəkildə onları rədd edir. Aldıqları maliyyə yardımı müqabilində pozuculuq aktları həyata keçirməyə cəhdlər göstərirlər. Amma cəhdlər uğursuzluğa düçar olur. Bu günə qədər müxalifət düşərgəsinin təmsil edən şəxslərin ölkəmizlə bağlı olan xoşagəlməz planlarının heç biri həyata keçməyib və bundan sonra da keçməyəcək. Bir sözlə, müxalifət təmsilçiləri pul xatirinə hər şeyi edər. Çünki onlar pulu milli və dövlətçilik maraqlarından üstün tuturlar. Pozuculuq yolu tutan məkrli müxalif qüvvələrin bu cür hərəkətləri onlara baş ucalığı gətirməyəcək. Əksinə, onları daha da gözdən salacaq".
 
GÜLYANƏ
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər