18px16px14px12px

İsa Qəmbər növbəti dəfə xəyanətdə ittiham olundu

Məlum olduğu kimi, Avropada səfərdə olan "Demokratik Düşüncə Mərkəzi"nin rəhbəri, keçmiş Müsavat başqanı İsa Qəmbər pulla mühacirətə vəsiqə verib göndərdiyi insanlarla görüşündə ölkəmizin və xalqımızın əleyhinə ittihamlar irəli sürüb. Təbii ki, xaricdə ölkəmiz haqqında şər-böhtan səsləndirmək siyasətçiyə uğur gətirən hal deyil. Ümumiyyətlə, diqqət çəkən məqam ondan ibarətdir ki, müxalifətin üzüqara liderləri olan Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər və digərləri ölkəmizin sərhədlərini keçən kimi xalqımız və dövlətimiz əleyhinə anti-təbliğat kampaniyası aparırlar. Sual yaranır: dağıdıcı müxalifətin öz millətinə və dövlətinə qərəzi nədən irəli gəlir?
 
Ədalət Partiyasının aparat rəhbəri Mütəllim Rəhimli:
 
- Müxalifət təmsilçilərinin bu cür hərəkətlərə əl atması heç də yaxşı hal deyil. Həmin şəxslərin hansısa xarici ölkəyə səfər etdikləri zaman  dövlətimiz haqqında şər-böhtan səsləndirməsi heç də onlara başucalığı gətirməyəcək. Sadəcə olaraq, həmin xarici ölkələr bu vasitələrlə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd edərək, öz maraqlarını ortaya qoymaq istəyirlər. Üzdə bu cür insanları həvəsləndirsələr belə, daxilən onların siyasi baxımdan yetkin olmadığı qənaətinə gəlirlər. Ümumiyyətlə, yaxşı olardı ki, cəmiyyətdə özlərinə dağıdıcı müxalifət imici qazanan partiya sədrləri məkrli planlarından, pozucu əməllərindən əl çəksinlər. Əks-təqdirdə, onlar daha da gözdən düşəcəklər. 
 
 
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz  Qonaqov:
 
- Xaricdə Azərbaycan haqqında reallığı özündə əks etdirməyən fikirlər səsləndirən müxalif partiya sədrlərinin hərəkətlərini pisləyirik. Çünki Azərbaycan vətəndaşının kimliyindən və statusundan asılı olmayaraq, yəni istər müxalifət olsun, istərsə də başqa yönümlü insan olsun, xaricdə öz ölkəsi ilə bağlı xoşagəlməz məsələləri səsləndirirsə, bu, həmin şəxsə heç də başucalığı gətirmir. Əksinə, utanc gətirən bir məsələdir. Bu baxımdan, müxalifət düşərgəsini təmsil edən şəxslərin xarici ölkələrə bu kimi səfərlər etmələri və orda görüşlər keçirmələrinin həmin şəxslər üçün heç bir əhəmiyyəti olmayacaq. Demək olar ki, pozuculuq yolu tutmalarının nəticəsidir ki, uzun illərdir müxalifət düşərgəsində təmsil olunan həmin şəxslər məğlubiyyət girdabından çıxa bilmirlər. Ümumilikdə, müxalif təmsilçilərinin xalqın və dövlətin əleyhinə yönələn çıxışlar etmələrinin arxasında xaricdən özlərinə yeni himayədarlar tapmaq və bununla da maddi dəstək əldə etmək məqsədi güdürlər. Amma dərk etmirlər ki, pul qazanmaq xatirinə dövlətin imicini ləkələməyə çalışmaq dövlətə xəyanətdən başqa bir şey deyil.  
 
GÜLYANƏ
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər