18px16px14px12px

"Müxalifət 1980-ci illərdəki ağlındadır"

"Müxalifət partiyalarının xarici maraqlı qüvvələrlə əlaqələrə malik olması barədə kifayət qədər faktlar və sübutlar var"
 
Xarici qüvvələrin Bakıdakı əlaltıları rolunda çıxış edən dağıdıcı müxalifətin tör - töküntüləri Azərbaycan sərhədlərini keçən kimi dövlətimiz və xalqımız əleyhinə ittiham dolu bəyanatlar səsləndirilər. Bu günlər Avropada səfərdə olan Demokratik Düşüncə Mərkəzinin rəhbəri, keçmiş Müsavat başqanı İsa Qəmbər pul almaqla vəsiqə satıb, mühacirətə göndərdiyi insanlarla görüşündə də hədyanlar səsləndirib və maliyyə yardımı aldığı qüvvələrin şəninə isə təriflər yağdırıb. Ümumiyyətlə, diqqət çəkən məqam ondan ibarətdir ki, müxalifətin üzüqara liderləri olan Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər və digərləri ölkəmizin sərhədlərini keçən kimi, xalqımız və dövlətimiz əleyhinə anti-təbliğat kampaniyası aparırlar. Sual yaranır: dağıdıcı müxalifətin öz millətinə və dövlətinə qərəzi nədən irəli gəlir?
Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında Azərbaycanda özünü müxalifət adlandırıb, ortaya atılan və əslində, siyasətdə deyil, siyasi oyunbazlıqla məşğul olan bir sıra qüvvələr var. O cümlədən də, onlardan biri və başlıcası İsa Qəmbərdir: "İ.Qəmbərin 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərindəki fəaliyyətini saf-çürük edəndə, məlum olur ki, bu adam müxtəlif xarici ölkələrin xususi xidmət orqanlarının əməkdaşı olub. Onun fəaliyyəti ancaq xarici qüvvələrin istək və göstərişləri əsasında qurulub. Onun yaşa dolması və uzun illər çirkin siyasətin ruporu rolunda çıxış etməsi belə ehtimallar yaradırdı ki, bu adam, nəhayət, dəyişəcək. Yəni sağlam, dövlətə, dövlətçiliyə xidmət siyasəti aparacaq. Amma gördüyümüz kimi, yenə də həmin abu-havadadırlar. Yəni müxalifət rəhbərləri 1980-ci illərdə hansı ağılda olublarsa, indi də həmin ağıldadırlar. Bu baxımdan da, söz yox ki, müxalifət partiya rəhbərləri düzələn deyil. 
Ümumiyyətlə, demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslər üçün dövlət, vətən, xalq və millət məhfumu yoxdur. Sadəcə olaraq, müxalifət təmsilçiləri üçün şəxsi mənafe və maraq var".
 
T.Novruzov dağıdıcı müxalifət təmsilçilərinin öz maraqları xatirinə ermənilərlə iş birliyinə getməkdən çəkinmədiklərini söyləyib: "Bu gün ermənilər artıq Serj Sarkisyanı əclaf adlandırırlar. Yəni ermənilər artıq Sarkisyan, Koçaryan haqqında çox iyrənc ifadələr işlədirlər. Buna baxmayaraq, sabah əgər Serj Sarkisyan yaxşı pul verib İ.Qəmbərə desə ki, gəl sən Dağlıq Qarabağ məsələsində ermənilərin mövqeyini müdafiə elə, elə həmin gün İ.Qəmbər çıxıb beynəlxalq təşkilatlarda ermənilərin mövqeyini müdafiə etməyə hazır olacaq. Bir sözlə, bu şəxslərdən nəyi isə gözləmək mümkün deyil. Bu gün müxalifət düşərgəsini təmsil edən şəxslərin xaricə gedib pul mənimsəmək xatirinə Azərbaycan əleyhinə ittihamlar irəli sürmələri xəyanətdən, satqılıqdan başqa bir şey deyil. Əslində, bununla onlar bir daha, onsuz da olmayan imiclərini daha da aşağı salırlar".
 
AHB-nin sədri onu da bildirdi ki, müxalifət partiyalarının xarici maraqlı qüvvələrlə əlaqələrə malik olması barədə kifayət qədər faktlar və sübutlar var: "Dağıdıcı müxalifət müxtəlif adlar altında şoular qurmaqla, bir müddət gündəmdə qalmağa can atır. Onların da bu cür əməllərə əl atmaları cəmiyyət tərəfindən çox mənfi qarşılanır. Əgər onlarda siyasi mədəniyyət olsaydı, siyasi arenanı tərk edərdilər. Bu mədəniyyət isə onlarda yoxdur. Deməli, tam əminliklə demək olar ki, artıq müxalifət tükənibdir".
 
GÜLYANƏ
 



Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər