18px16px14px12px

Rəsul Quliyevin "kassir"i "İŞİD"-ə qoşulub- ŞOK FAKTLAR!

"ADP-ni vaxtilə maliyyələşdirən şəxs "Əbu Hafiz Azəri" ləqəbli terrorçudur" 
 
ABŞ-da yaşayan, ötən əsrin 90-cı illərində Azərbaycanı ən ağır duruma salan şəxslərdən biri, dövlətin pulunu mənsimsəyib özünə Qərb dövlətlərində böyük biznes şəbəkələri quran eks-spiker Rəsul Quliyev haqqında sensasion məlumatlar yayılıb. Daim terrorçu qruplaşmaları, radikal təşkilatları pisləyən R.Quliyevin, digər məsələlərdə olduğu kimi, bu məsələlərdə də qeyri-səmimi olduğu məlum olub. Ola bilməzdi ki, AXCP sədri Ə.Kərimlinin Avropada yaşayan doğma əmisi oğlu İnqilab Kərimovla R.Quliyevin dostluğu daha çox milli maraqlar üzərində qurulsun. Diqqət edin! İ.Kərimovla R.Quliyev yaxın dostdurlar, İ.Kərimov isə, bir müddət öncə, sosial şəbəkələrdə "Azərbaycana xoş gəldin, "İŞİD!" yazaraq terrorçu qruplaşmanı ölkəmizə çağırırdı. Bu gün isə sensasion məlumatlar ortaya çıxır. 2014-cü ildə İraqda öldürülən, daha sonra isə sosial şəbəkələrdə yayılan fotoları ilə hər kəsi heyrətləndirən 18 yaşlı terrorçu Həmzə Azəri (Hamzat Laro) ləqəbli Həmzə Əliyevin özü və ailəsi haqqında sensasion məlumatlar yayılıb. Məlumatlarda terrorçunun ailəlikcə "İŞİD"-ə qoşulması, onların ayrı-ayrı olkələrdəki fəaliyyətləri barədə informasiyalar əks olunur. Məlum olur ki, H.Azəri "İŞİD"-çilər arasında "Əbu Hafiz Azəri" ləqəbi ilə tanınan İntiqam Əliyevin doğma oğludur. Araşdırma zamanı, həmçinin, indiyə qədər bir neçə dəfə ölüm xəbəri yayılan İ.Əliyevin kifayət qədər əlaqəli, imkanlı və məşhur adam olduğu ortaya çıxır. Azərbaycanda, Gürcüstanda, Türkiyədə və Ukraynada biznes fəaliyyəti quraraq, avtomobil ehtiyat hissələrinin satış şəbəkəsi yaradan İntiqam Abuzər oğlu Əliyev, eyni zamanda, siyasi fəaliyyətlə də məşğul olub. O özü ilə bağlı verdiyi anket məlumatlarında vaxtilə R.Quliyevin sədrlik etdiyi Azərbaycan Demokratik Partiyasında aparıcı simalardan olduğunu və təşkilatın maliyyələşməsinə dəfələrlə dəstək göstərdiyini qeyd edib. O, Azərbaycanı da, məhz müxalifətçi adı ilə tərk edib. O, ölkədən getdikdən sonra bir neçə il heç kimin bilmədiyi yerlərdə yaşayıb və həmin müddətdə onunla bağlı heç bir informasiyaya rast gəlinmir. 
 
"Rəsul Quliyev ölkədə xaos yaratmaq üçün təkcə terrorçularla deyil, terroru himayə edən müxtəlif dairələrlə, elə Ermənistan xüsusi xidmət orqanları ilə də əlbir işləyirdi"
 
2001-ci ildən sonra isə İ.Əliyevin İstanbulda olduğu məlum olur. O, ikinci dəfə Rusiya vətəndaşı olan çeçen xanımla ailə qurub. Bu ailədən isə onun 4 qızı doğulub. İ.Əliyevin İraqla əlaqələrinin, terrorçu qruplaşmalarla isti münasibətinin nə vaxtdan formalaşması isə bəlli deyil. Məlum olan odur ki, o, əvvəlcə oğlanları-Nihad və Həmzə Əliyevlərə saxta yollarla Ukrayna vətəndaşlığı alıb. Bundan sonra özü, həyat yoldaşları və digər uşaqları ilə "İŞİD"-in məşhur əmirləri olan Əbu Ömər Şişanı və Əbu Cihada qoşularaq Suriyaya gedib. Onun 1991-ci il təvəllüdlü böyük oğlu Nihad Əliyev 1 il əvvəl terrora dəstək verən şəxs kimi Ukrayna hüquq-mühafizə orqanları tərəfindən həbs edilib və o hazırda Xarkov şəhərində istintaq altındadır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Mustafa Əliyev qəzetimizə açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, ADP-də R.Quliyevin sədrliyi dönəmində bu cür halların baş verməsi tamamilə mümkün idi: "Yadınızdadırsa, 2005-ci ildə R.Quliyev ölkədə xaos yaratmaq üçün təkcə terrorçularla deyil, terroru himayə edən müxtəlif dairələrlə, elə Ermənistan xüsusi xidmət orqanları ilə də əlbir işləyirdi. Ancaq onun Bakıya gəlmək niyyəti baş tutmadı, çiynində hansı məsuliyyətin olduğunu çox gözəl bilirdi. Maraqlıdır ki, "Əbu Hafiz Azəri" ləqəbli İ.Əliyev özünün vaxtilə Azərbaycan Demokratik Partiyasında aparıcı simalarından biri olduğunu və təşkilatın maliyyələşməsinə dəfələrlə dəstək göstərdiyini deyir. Baxmayaraq ki, bu gün Sərdar Cəlaloğlunun sədrlik etdiyi ADP onu tanımadığını deyir. İstənilən halda, R.Quliyevin sədrliyi dönəmində sonradan terrorçulara qoşulan şəxsin hansısa formada əldə etdiyi vəsaitlərin partiyaya sərf olunmasına inanıram. Burda təəccüblü heç nə yoxdur. Söhbət R.Quliyev kimi anti-milli şəxsdən gedir, bunu nəzərə almaq lazımdır". 
 
Samir 
 



Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər