18px16px14px12px

Axır ki, Əli Kərimli xalqa düşmən gözü ilə baxdığını etiraf etdi!

TƏRS BAXIŞ
 
Bu kimi xəyanətlər və xalqa qarşı olan antipatiya hissləri zaman-zaman onun öz dili ilə yanaşı, sosial şəbəkələrdə muzdla işlətdiyi saxta profilləri vasitəsilə də ictimailəşib
 
Sirr deyil ki, AXCP sədri Ə.Kərimli dəfələrlə öz siyasi riyakarlığı, xəyanət və satqınçılıqları ilə Azərbaycan xalqına nə qədər düşmən kəsildiyini etiraf edib. Bu kimi xəyanətlər və xalqa qarşı olan antipatiya hissləri zaman-zaman onun öz dili ilə yanaşı, sosial şəbəkələrdə muzdla işlətdiyi saxta profilləri vasitəsilə də ictimailəşib. Xüsusilə, ümummilli məsələlərdə Ə.Kərimlinin düşmən dəyirmanına su tökməsi dəfələrlə öz təsdiqini tapıb. Artıq fakt budur ki, şəxsi mənfəətlərini daim ümumxalq maraqlarından üstün tutan Ə.Kərimli bütün mənalarda öz murdar xislətini gizlətmir, hətta bu xislətinin aşkara çıxması üçün çabalar göstərir. Bu kimi hallarla bağlı yazılar, məqalələr işıq gördüyü zaman media Ə.Kərimli və onun timsalında olan ünsürləri ən yumşaq tərzlə "siyasi fahişə", yaxud "siyasi həyasız" adlandırır və haqlı olaraq, bu terminlərə üstünlük verilir. Çünki xalqına, dövlət maraqlarına, milli heysiyyətə toxunan fərdləri başqa cür adlandırmaq da olmaz. 
 
Murdar status: "Azərbaycanın bir düşməni var: o da xalqdır"
 
Bu dəfə də belə bir olay yaşanıb və vitrual şəkildə (zatən, Ə.Kərimlinin kişi kimi üz-üzə mübarizə aparmaq cürəti yoxdur-R.R.) hakimiyyətə, dövlətə, xalqa qarşı çıxış edən AXCP sədri feysbukdakı muzdlu zombisi vasitəsilə xalqı təhqir edən fikirlər yerləşdirib. Onun "Seymur Vəliyev" adlı zombisi öz statusunda Azərbaycan xalqını düşmən obrazında gördüyünü yazıb. Həmin status belədir: "Azərbaycanın bir düşməni var: o da xalqdır". 
Burada daha bir məqama diqqət yetirək. Məsələn, Ə.Kərimli dəfələrlə öz çıxışlarında, yaxud klaviatura "qəhrəmanlıqlarında" belə bir fikir bildirib ki, hətta müxalifətin digər cinahında olan partiya sədrləri, müxalif düşüncəli insanlar onunla birgə  deyilsə, demək, onun düşmənidirlər. Həqiqi müxalifət partiyasının sədri onun özüdür və bu ölkədə özündən başqa müxalifətçi yoxdur... 
 
Bu ünsür elə sanır ki, xalq onu hakimiyyətə gətirməli və öz əli ilə hakimiyyət kreslosuna otuzdurmalıdır   
 
Digər tərəfdən, bütün bunları nəzərə aldığımız zaman burada təəccüblü heç nə görünmür. Yəni Ə.Kərimli özünü siyasi proseslər fonunda artistlik edərək, "xalqın dərdini çəkən" kimi göstərməsinə rəğmən, düşmənçiliyini etiraf etmirdisə, indi bunu aşkar şəkildə deyir və yazdırır. Ə.Kərimli elə bilir ki, xalq onu hakimiyyətə gətirməli və öz əli ilə hakimiyyət kreslosuna otuzdurmalıdır.   
Qeyd edildiyi kimi, Ə.Kərimli öz illərini siyasi uğursuzluqlarına qurban verməsəydi, məsələn, artistlik peşəsini seçsəydi, ondan bu istiqamətdə yaxşı peşə sahibi çıxardı. Bu misalı isə elə-belə qeyd etmədim. Məsələn, Ə.Kərimli, bir tərəfdən, saxta profil "Seymur Vəliyev" adı ilə xalqı düşmən adlandırır, guya bunun siyasi cəhətdən püxtələşməmiş AXCP gənci tərəfindən yazıldığını nümayiş etdirir, o biri tərəfdən də, müzakirələrə qoşularaq, həmin profilin "səhvini"   düzəldir. Öz ənənəvi ampluası çərçivəsində...Belə bir deyim yada düşür: "Deməzsən ki, aldatdım?"
Beləliklə, Ə.Kərimli sözügedən müzakirələrdə özünü "ağıllı lider" kimi göstərir və başlayır..."Bəytərifləri" və daha nələr, nələr...
 
Cəzanı isə xalq verir...
 
Reallıq isə öz gücündə qalır - Azərbaycan xalqı Əli Kərimli üçün düşməndir! Nəinki Azərbaycan xalqı, eləcə də, müxalifət. Çünki hazırkı müxalifəti parçalayanların başında dayananlardan biri və birincisi, məhz Ə.Kərimlinin özüdür. AXCP-nin parçalanması, "Demkonqres"in dağıdılması, 2003-cü il prezident seçkilərindəki oyunbazlıqlar, 2005-ci ilin parlament seçkilərində xalqı təxribata çəkib aradan çıxmaq, 2013-cü ilin prezident seçkisində qaranlıq siyasi dairələrin sifarişi əsasında yaradılan və Azərbaycanın dövlətçilik maraqlarını laxlatmağa cəhdlər göstərən "Milli Şura" və s...
Fakt isə budur ki, Ə.Kərimli düşmən olaraq qalmaqdadır. Xalqa düşmən kəsilməyə görə isə, cəza çox şiddətli olur. Cəzanı isə xalq verir. Bəlkə də Ə.Kərimli buna inanmır, barmaqarası baxır. Ancaq nə edək, gözləyək, çünki zaman bunu göstərəcək.
 
Rövşən RƏSULOV 
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər