18px16px14px12px

Azərbaycanda hansı partiyanın nə qədər üzvü var? -ÖZƏL ARAŞDIRMA!

Azərbaycanda xeyli sayda siyasi partiya fəaliyyət göstərir. Daha dəqiq desək, ölkəmizdə 100-ə yaxın partiya var və onlardan 54-ü qeydiyyatdan keçib. Məsələ bundadır ki, qeydiyyatdan keçən partiyaların böyük əksəriyyəti kağız üzərində fəaliyyət göstərir. Ölkəmizdə bir sədr, iki müavin və yaşıl rəngli "papka"dan ibarət olan partiyaların sayı kifayət qədərdir. Eləcə də, qeydiyyata alınmış siyasi partiyalar içərisində heç bir fəliyyəti gözə dəyməyən, ara-sıra verdiyi bəyanatlarla gündəmi zəbt etməyə çalışan partiyalar mövcuddur. Bəs bu partiyaların nə qədər üzvü var? Heç şübhəsiz ki, zaman-zaman müxtəlif partiya sədrləri rəhbərlik etdikləri siyasi təşkilatın on minlərlə üzvü olduğunu iddia edirlər. Əslində, reallıq nə deyir? 
Azərbaycanın, eləcə də, regionun ən böyük siyasi partiyası, böyük sosial bazaya malik olan Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 mindən çoxdur. Günbəgün sıraları artan bu partiya təkcə ölkəmizdə deyil, ümumilikdə, reginonda ən böyük siyasi güc mərkəzi hesab olunur. 
İlk olaraq, Müsavat partiyasının real üzvlərinin sayını öyrənməyə  çalışdıq, lakin partiyadan "SƏS" qəzetinə verilən rəqəmlər bir-birindən ciddi şəkildə fərqləndi. Müsavat başqanının müavini Elman Fəttah partiyanın 70 rayon təşkilatında 35 min müsavatçının olduğunu iddia etsə də, partiyanın mətbuat xidmətindən verilən məlumatda göstərilir ki, 50 rayon təşkilatında cəmləşən 25 min müsavatçı var. Eyni zamanda, Gülağa Aslanlı "Müsavatın nə qədər üzvü var?" sualımızı eşidən kimi "100 min üzvümüz var" deməsi, əslində, bu adamların nə qədər qeyri-ciddi olduqlarının göstərir. Müsavat partiyasının rəhbərliyində təmsil olunan hər bir şəxs öz istəklərinə uyğun şəkildə sualları cavablandırdılar. Ancaq Müsavatın mitinqlərindəkı vəziyyət, əslində, bu partiyanın nə qədər üzüvünün olduğunu ortaya çıxarmış oldu. 150-200 nəfərin iştirak etdiyi mitinqlə günə "peçat" vuran Müsavat rəhbərliyinin on minlərlə üzvünün olmasını deməsi, sadəcə, gülüş doğurur. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "SƏS" qəzetinə açıqlamasında partiyasında 93 min üzvün olduğunu iddia edib. "Təkamül" Partiyasının bu qurumun 10 min üzvünün olduğunu bildirdilər. Bu sayların reallığı əks etdirməsi şübhəlidir. Hər halda, ən doğrusunu, əsl reallığı Müsavat başqanı Arif Hacılı, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Teyyub Qənioğlu daha yaxşı bilir. 
Azərbaycan Xalq Cəbhəsi Partiyasıdan əldə etdiyimiz məlumatlar da Müsavat partiyasındakı kimi, zidd fikirlərlə doludur. Partiyanın sədr müavini Gözəl Bayramlı qəzetimizə açıqlamasında AXCP-nin 50 mindən artıq üzvünün olduğunu desə də, Nurəddin Məmmədli, əslində, 40 min AXCP üzvünün olduğunu bildirdi. AXCP mətbuat xidmətindən isə aldığımız məlumatlarda partiyanın üzvlərinin sayı 25 min göstərilir. Bir müddət öncə, AXCP sədri Ə.Kərimli partiyanın 30 min üzvünün olduğunu iddia etmişdi. Lakin reallıq tamamilə başqadır. AXCP-nin yaxın keçmişdə, 2016-cı ilin sentybar ayında keçirdiyi mitinqdə bir "palatka toyu"ndakı qədər adamın iştirak etməsi bu adamların 50, 30, 25 minlik iddialarını yalanlamış olur. Məsələ bundadır ki, AXCP rəhbərliyi üzvlərinin sayını bilmir. Çünki Ə.Kərimlinin atdığı uğursuz addımlar nəticəsində partiya tamamilə tükənib. 
"Ümid" partiyasının qəzetimizə açıqlamasında sualımızı cavablandıran funksionerlər nə qədər üzvə malik olduqlarını açıqlamaqda çətinlik çəkdilər. Böyük Quruluş Partiyasından əldə etdiyimiz məlumatlarda partiyanın 6-7 minarası üzvünün olduğu göstərilir. Azərbaycan Demokratik İslahatlar partiyasının aldığımız məlumatlarda göstərilir ki, partiyanın 7 mindən artıq üzvü var. Vətəndaş Həmrəyliyi partiyasının mətbuat xidmətindən bildirdilər ki, təşkilat özündə 20 min üzvü birləşdirir. Lakin əldə etdiyimiz dəqiq məlumata görə, bir müddət öncə, VHP sədri Sabir Rüstəmxanlı partiya üzvlərinin az olmasından narahatlığını ifadə etmişdi. Əslində isə, VHP-nin 20 min deyil, bir neçə yüz nəfər üzvü var ki, onların da çoxu dünyasını dəyişib. "Ədalət" partiyasının sədri İlyas İsmayılov da sədri olduğu qurumun 20 mindən artıq üzvünün olduğunu iddia etsə də, əslində, reallıq başqa cürdür. Məsələn, partiyadan qəzetimizə verilən açıqlamada partiyaya üzvlərinin sayının 3-4 min olduğu bildirilir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından verilən məlumatlara görə, partiyanın on mindən artıq üzvü var. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu rəhbərlik etdiyi partiyanın 20 min üzvünün olduğunu iddia etsə də, reallıq başqa şey deyir. Partiyanın Qaradağ rayon təşkilatından qəzetimizə verilən məlumata görə, ümumilikdə, partiyada bir neçə yüz adam var, onlar da qohum-əqrəbalardır, şəxsiyyət vəsiqələri müxtəlif bəhanələrlə yığılmış şəxslərdir. Milli İstiqlal Partiyasının üzvlərinin sayı barədə, müxtəlif iddialar səsləndirsələr də, sonda məlum oldu partiyan üzvlərinin sayı, ümumiyyətlə bəlli deyil. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu partiyada 10 mindən çox üzvün olduğu bildirsə də, bu, heç də reallığı əks etdirmir. Çünki bir müddət öncə, S.Cəlaloğlu bütün partiya üzvlərinə çağırış etsə də, cəmi 50-60 adam partiyanın qərargahına gəlmişdi. Azərbaycan Sosial- Demokrat Partiyasının sədri Araz Əlizadə isə, etiraf edib ki, sədri olduğu partiya çox kiçikdir və cəmi 2-3 min  üzvü var. Lakin partiyadan əldə etdiyimiz məlumatlara görə, A.Əlizadə həqiqəti demir, partiyanın üzvlərinin sayı o dediyindən olduqca azdır. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bu barədə, ümumiyyətlə, danışmaq istəmədi və biz də onu başa düşürük. Nədən danışsın!? "Aydınlar" partiyasından qurumun 2 min üzvü olduğunu bildiriblər. 
Samir
 



Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər