18px16px14px12px

Politoloq: “Azərbaycandakı tolerantlıq və multikultural mühit bütün İslam dünyasına transfer edilə bilər” AÇIQLAMA

 
“İslam aləmində ən vacib amil həmrəylikdir. Radikal islam adı altında həyata keçirilən təxribatlar, terrorların qarşısını almaq üçün İslam həmrəyliyinin çox böyük əhəmiyyəti var”. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi ölkəmizdə tolerantlıq və multikultural dəyərlərə yüksək önəm verildiyini bir daha sübut edir: “Avroviziya mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formula-1 üzrə Avropa Qran-prisi və digər mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə uğurla keçirilməsi və bu il Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları burada dünyanın hər tərəfindən olan xalqlar və millətlərə yüksək şərait yaradıldığını, onların Azərbaycanda sülh və əminamanlıq şəraitində yüksək səviyyədə yaşadıqlarını göstərir. IV İslam Həmrəyliyi Oyunları və “İslam Həmrəyliyi ili” çərçivəsində Azərbaycandakı tolerantlıq və multikultural mühit bir etalon kimi bütün İslam dünyasına transfer edilə bilər”.Ekspert bildirib ki, İslam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacib meyarlardan biridir. O vurğulayıb ki, Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olması və münasibətlərinin müsbət məcrada inkişafı dövlətin xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir.
 
sia.az
SES QEZETI


Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər