18px16px14px12px

Hərbi ekspert: “Düşmən Azərbaycanın onlardan dəfələrlə güclü hərbi potensiala malik olduğunu yaxşı bilir” AÇIQLAMA

 
“Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Nazirlər Kabinetinin iclasında hərbi sahə ilə bağlı çox önəmli məsələlərdən danışdı. Cənab Prezidentin 2017-ci ildə hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəyini deməsi düşmənlərimizi daha da qorxuya salıb. Azərbaycanın haqlı mövqeyi və aldığı güclü silah-sursat işğalçını nəhayət ki, səhvlərini anlamağa məcbur edəcək”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.O qeyd edib ki, Ali Baş Komandanın çıxışında ən diqqət çəkən məqamlardan biri də ordumuzun yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarının bir hissəsinin nümayiş etdirildiyini, bir hissəsinin isə lazım olan vaxtda, lazım olan yerdə nümayiş etdiriləcəyini bildirməsidir: “Düşmən başa düşür ki, Azərbaycan ordusunun imkanları hər mənada onlardan qat-qat üstündür və üstünlük yüksələn xətlə davam edir. Ermənistan İrəvanda keçirilən hərbi parad zamanı nümayiş olunan "İskəndər" operativ taktiki raketlərlə bağlı öz bleflərini yığışdırmağa başlayıb. Düşmən Azərbaycanın onlardan dəfələrlə güclü hərbi potensiala malik olduğunu yaxşı bilir. Biz sadəcə beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinin nəticəsini gözləyirik. İnanıram ki, 2017-ci ildə bu məsələdə köklü dəyişikliklər olacaq”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

Çox oxunan xəbərlər