18px16px14px12px

Mübariz Qurbanlı “Səs”çiləri təbrik edib MÜNASİBƏT

“Səs” qəzeti Azərbaycanda müstəqil mətbuatın qaranquşlarından biri hesab oluna bilər. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə və ondan sonrakı ilk illərdə Azərbaycanda dövlətin nəzarətindən kənar, kommunist ideologiyasından uzaq olan müstəqil mətbuat nümunələri yaranmağa başladı ki, onların ilk qaranquşlarından biri “Səs” qəzetidir. Bu qəzetin adı da çox simvolik seçilib. Hesab edirəm ki, “Səs” qəzeti müstəqil Azərbaycanın səsi olaraq meydana gəlib”. Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Səs” qəzetinin 26 illik yubileyi münasibətilə təbriklərini çatdırarkən deyib.Komitə sədrinin sözlərinə görə, qəzet müstəqilliyin səsi kimi özünü göstərib: “Eyni zamanda Ulu Öndər Heydər Əliyevin səsini Azərbaycan xalqına çatdıran bir mətbu orqan kimi ölkəmizin ictimai rəyində öz yerini tuta bilmişdir. “Səs” qəzeti tarixi bir qəzetdir. “Səs” qəzeti müstəqil mediamızda başqa qəzetlərə örnək ola biləcək bir qəzetdir.  Bu qəzet yarandığı vaxtdan indiyədək Azərbaycan mətbuatında xüsusi yer tutan qəzetlərdən biridir. İndi artıq “Səs” qəzeti yalnız çap üsulu ilə deyil, eləcə də elektron variantda (Səs İnformasiya Agentliyi), SƏS İnternet televiziyası vasitəsilə ictimai rəyə çatdırılır. “Səs” qəzetində çox bacarıqlı, hətta deyərdim ki, peşəkar jurnalist heyəti çalışmaqdadır. Vaxtilə “Səs” qəzetinin ilk redaktoru olmuş Ağabəy Əsgərovun qoyduğu ənənələr bu gün “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev tərəfindən uğurla davam etdirilir”.M.Qurbanlı əlavə edib ki, “Səs” qəzeti eyni zamanda Yeni Azərbaycan Partiyasının (YAP) məlumatlarını, həmçinin YAP-ın mövqeyini də təbliğ və təşviq edən mətbu orqanlardan biridir: “Bu qəzetin fəaliyyəti demək olar ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi siyasi kursun təbliğində önəmli yerlərdən birini tutur. Əgər biz bu gün “Səs” qəzetinin keçmişindən indisinə nəzər salsaq “Səs” qəzetinin həqiqi mənada Azərbaycana və media məkanına səs salan bir qəzet olduğunu görə bilərik. Ona görə də mən “Səs” qəzetinin kollektivini təbrik edirəm, onlara can sağlığı və uğurlar arzulayıram. Necə deyərlər hər yerdən səsiniz gəlsin”.

sia.az

SES QEZETI


Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər