18px16px14px12px

Özbəkistan portalları Azərbaycan Nazirlər Kabinetinin Prezidentin sədrliyi ilə keçirilən iclası haqqında yazır

 
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Kun.uz və Zioyouz.uz portalları Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası haqqında özbək dilində materiallar verib.Materiallarda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda geniş və əhatəli nitq söyləyib, ölkə həyatının bütün sahələrinə toxunub, uğurlardan danışıb. Dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər haqqında da məlumat verib.Yazılarda Prezident İlham Əliyevin nitqindən fikirlərə də yer verilir: “2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı”.Qeyd edilir ki, Prezident İlham Əliyev 2017-ci ildə Bakının bir sıra beynəlxalq tədbirlərə, həmçinin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini bildirib.Sonda Azərbaycan Prezidentinin 2017-ci ili ölkədə “İslam həmrəyliyi ili” elan etdiyi diqqətə çatdırılır.
AZƏRTAC
 
 
SES QEZETI


Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər