18px16px14px12px

Deputat: "Ordumuz daha da güclənməlidir" AÇIQLAMA

 
"Ölkə başçısı hər zaman Azərbaycanın müdafiə qüdrətinin və təhlükəsizliyinin  yüksək səviyyədə təmin olunması üçün ən vacib tədbirləri görür və lazımı tapşırıqlarını verir. Azərbaycan prezidenti hər zaman olduğu kimi ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqin də bildirdi ki, 2017-ci ildə hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək. Bu, çox mühümdür. Çünki dövlətimizin mövcudluğu və müstəqilliyimizin qorunub saxlanması üçün bizim hərbi qüdrətimiz lazımı səviyyədə olmalıdır”. Bunu SİA-ya açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov deyib.Bu gün Azərbaycanın Ermənistan adlanan cinayətkar qurumla müharibə vəziyyətində olduğunu xatırladan millət vəkili bildirib ki, belə bir şəraitdə dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi, eyni zamanda torpaqlarımızın işğaldan azad olunması, təhlükəsizliyimizin və ərazi bütövlüyümüzün təmin olunması üçün müdafiə qüdrətimizi ən yüksək səviyyədə saxlamalıyıq: “Hərbi qüdrətimiz daha da inkişaf etməlidir. Bu gün güclü olan Azərbaycan ordusu hər gün daha da güclənməli, dünyada mövcud olan ən müasir silahlarla silahlanmalıdır. Azərbaycan əsgəri özünün fiziki, siyasi, hərbi hazırlığına görə ən yüksək səviyyədə durmalıdır. Bu çox vacib məsələdir. Bu baxımdan Azərbaycan prezidenti hər zaman olduğu kimi bunu bir nömrəli məsələ kimi hər zaman diqqətlə saxlayır və ordumuz, əsgərlərimizi  nə lazımdırsa, onların həyata keçirilməsi üçün tapşırıqlarını verir”.Millət vəkili qeyd edib ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları içərisində yer tutur: “Hər bir azərbaycanlı bununla fəxr etməlidir. Bunu biz demirik, beynəlxalq hesabatlarda öz əksini tapır. Ordumuz öz üzərinə düşən ağır vəzifəni şərəflə yerinə yetirmək üçün daha da güclənməlidir. Bu işlər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilməkdədir”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər