18px16px14px12px

Mübariz Əhmədoğlu: "2016-cı ildə xarici siyasətimizin ən böyük uğuru İranla bağlıdır" MÜNASİBƏT

 
“2016-cı il Azərbaycan üçün daxili və xarici siyasət arasında kəskin fərqlər ilə xarakterizə olunur”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, manatın devalvasiya prosesinin dayanmaması, ölkənin iqtisadiyyatında neqativ proseslər, daha çox qlobal maliyyə böhranı və neftin qiymətinin dəfələrlə aşağı düşməsinin nəticəsidir: “Maliyyə və iqtisadi sabitliyə nail olmaq üçün ölkə Prezidenti aktivliyini xeyli artırdı. Bir neçə qurum yaratdı. 12 strateji yol xəritəsi hazırlanıb təsdiqləndi.Bankların bağlanma prosesi.Mərkəzi Bankın valyuta ehtiyatları azalır.Regional proseslərdə Azərbaycanın iştirak payı artıb.Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” marşrutlarının qovşağına çevrildi:
1. “Şimal-Cənub” marşrutunun dəmir yolu Azərbaycan ərazisindən keçəcəkdir. Azərbaycan-Rusiya-İran arasında müvafiq sənədlər imzalandı. İş demək olar ki, başa çatıb. Azərbaycan İrana 500 milyon dollar kredit verdi.
2. Azərbaycan Gürcüstan və Qazaxıstanla birgə nəqliyyat konsorsiumu yaratdı.
3. Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmir yolu-bərə marşrutu uğurla sınaqdan keçdi.
4. Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə “Lazurit koridoru” yaratmaq barədə müqavilə imzaladılar.
ABŞ-da keçirilən nüvə sammitində dünyanın nüvə təhlükəsizliyinin təminində Azərbaycanın mövqeyinə xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdi.Roma Papası Fransisk Azərbaycana səfər etdi. Azərbaycanın tolerantlığına xüsusi dəstək verdi. Papa Fransisk ölkə Prezidentinin ailə üzvləri ilə görüşdü. H.Əliyev fondu Vatikanın xahişi ilə katakombaların təmirini başa çatdırdı.İranla münasibətlər maraqlı dinamikalı və ziddiyyətli olub. 2016-cı ildə Azərbaycanın xarici siyasətinin ən böyük uğuru İranla bağlıdır:1. Bakıda Prezident İ.Əliyevin təşəbbüsü ilə üçtərəfli Azərbaycan-Rusiya-İran prezidentlərinin görüşü keçirildi və üçtərəfli format təsdiqləndi. Bu 19-əsrdən yaranmış tarixi narazılığı aradan qaldırmaq istiqamətində vacib addım olmaqla yanaşı həm də Avrasiya materikində geostrateji sabitliyin təminində vacib addımdır. Üçtərəfli əməkdaşlıq mühüm geoiqtisadi resurs mənbəyidir. ıı. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq tarixi maksimumdadır. Mühüm psixoloji faktor baş verdi. Rəsmi Tehran Astarada (İran) dəmir yolu körpüsünün tikintisi üçün 500 milyon dollar kredit istədi, Azərbaycan bu krediti verdi. İran öz ərazisində Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycandan 800 milyon dollar kredit istəyir, Azərbaycan prinsipial razılığını verib.İranın xarici siyasət və təhlükəsizlik konsepsiyasında dəyişikliklər müşahidə olunur:I. İran ordusunun Quru Qoşunları İran İslam Respublikası Silahlı Qüvvələrinin sütunu olaraq öz hazırlığını yalnız ölkə sərhədləri çərçivəsində deyil, sərhədlərdən kənarda da qorumağa borcludur. Çünki, daşıdığı vəzifə sərhədlər ilə məhdudlaşmır.İran ordusunun quru qoşunlarının komandiri, general-mayor Purdəstanın bu bəyanatı dinc qonşuluq prinsiplərinə ziddiyyətli yanaşmanın nümayişidir.II. İran Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişib. Ermənistana yardım etmək istiqamətinə yönəlib. İran və Ermənistan Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq var; Aprel döyüşləri zamanı ermənilərin İran ərazilərini atəşə tutması İran tərəfdən cavabsız qaldı; Xudafərin hidroqovşağı və Araz AİZ-lə bağlı razılaşmalar unuduldu. Bu iki iqtisadi layihənin reallaşması Dağlıq Qarabağ tənzimlənməsinə şərait yaradırdı.İsrailin baş naziri B.Netanyahu xanımı ilə Azərbaycana səfər etdi. Əsas məsələ iki ölkə arasında iqtisadi əlaqələri şaxələndirməkdir.Rusiya ilə münasibətlər aktiv və dinamik olmuşdur. Rusiya Azərbaycanı beynəlxalq aləmdə haqlı nüfuz qazanmış və Rusiyanın etibarlı dostu hesab edir. Rusiya-Azərbaycan münasibətləri Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında vacib rol oynadı. Ermənistana silah satması və Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe Rusiyanın Azərbaycan istiqamətində siyasətinə kölgə saldı. Azərbaycan nota ilə RF-dən Ermənistana satdığı silahların işğal olunmuş Azərbaycan ərazilərinə göndərilməsinə, Azərbaycan-Ermənistan sərhədində yerləşdirməsinə imkan verməməyi tələb etdi.Aİ ilə soyumuş münasibətlər yenidən aktivləşdi. Aİ rəsmiləri bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tanıdıqlarını, Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlarını bildirdi.Ölkə Prezidenti İlham Əliyev “Bizə heç kim kömək etməyib, etmir və etməyəcək. Buna ehtiyac da yoxdur” bəyanatını verdi.Çin nümayəndə heyətləri Azərbaycana çoxsaylı səfər etdilər. Ola bilər Çin Xəzərin qərb sahilinə keçmək kursu götürüb.Dünya Azərbaycanlılarının IV qurultayı keçirildi. Qurultay bir sıra problemləri üzə çıxardı.Dünya azərbaycanlıları üçün mühüm strateji dönüş baş verə bilər. Fəallaşma göz qabağındadır. İranda və Gürcüstanda azərbaycanlıların  passionarlığı siyasi prosesin  məhsuludursa, özlərini azərbaycanlı kimi təqdim edən İraq və Suriya türkmənlərini aktivləşdirən təhlükəsizlik məsələləridir.Konstitusiya islahatları referendumu keçirildi.Heydər məscidində şiə və sünnilər vəhdət namazı qıldılar.Braziliyada keçirilən XXXI Yay Olimpiadasında Azərbaycan 39-cu pillədə qərarlaşdı. Bu, Avropada 14-cü, MDB-də 2-ci, İslam dünyasında 1-ci nəticədir.Türkiyə-Azərbaycan münasibətlərində emosional faktor üstünlük təşkil etdi. Türkiyədə törədilən terror hadisələri bu fonu diktə etdi.Prezident İlham Əliyev Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etdi.Azərbaycan qlobal forumlar və beynəlxalq tədbirlər məkanı kimi də funksiyasını uğurla davam etdirib.Pakistanın baş naziri Nəvaz Şərif, Venesuela prezidenti D.Maduro və Xorvatiyanın prezidenti K.Qrabar-Gitaroviçin Azərbaycana səfərləri böhran ilində də Azərbaycana marağın itmədiyinin göstəricisidir.Tarif Şurası əhaliyə satılan təbii qazın qiymətini qaldırdı. Bu elektrik enerjisinin qiymətinin qalxmasına səbəb oldu".
 
sia.az
SES QEZETI


Xəbər lenti

16.01.2017

13.01.2017

12.01.2017

11.01.2017

Çox oxunan xəbərlər