18px16px14px12px

“Üçlü formatlar bölgənin inkişafı üçün çox əhəmiyyətlidir"

 
“Azərbaycan və Türkiyənin təşəbbüsü ilə üçlü  formatların qurulması regionda iqtisadi əməkdaşlığın inkişafı üçün böyük önəm daşıyır". Bunu SİA-ya açıqlamasında Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin sədr müavini, ekspert Mehmet Fatih Öztarsu deyib. O bildirib ki, xüsusilə Ankara ilə Moskva arasında yaranmış məlum böhrandan sonra Türkiyənin Azərbaycanla birgə bu istiqamətdə atdığı addımlar bölgədə ortaq əməkdaşlığın inkişafını hədəfləyir: "Hazırda Türkmənistanla üçlü format yaradılmaq üzrədir. Həmçinin, Qazaxıstanla da bu istiqamətdə bir platforma qurulması planlaşdırılıb. Təbii ki, Azərbaycan-Türkiyə-Türkmənistan  formatının yaradılması üçün əvvəlki illərdə də bir sıra görüşlər keçirilib. Dünyanın yeni bir soyuq müharibə yaşadığı hazırkı  dönəmdə çox böyük beynəlxalq təşkilatların yerinə  lokal deyə biləcəyimiz kiçik,  amma daha funksional platformalar  önəm qazanır. Təcrübə göstərdi ki, BMT, Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük qurumlar bir müddət sonra istəklərə cavab vermir, bürokratik və  siyasi böhran başlayır. Lakin daha kiçik əməkdaşlıq platformaları daha surətli hərəkəetmə imkanına malikdir və onların qərarları da tez bir şəkildə yerinə yetirilir. Bu baxımdan Türkmənistan və Qazaxıstanla yaradılacaq belə formatlar bölgənin iqtisadi və enerji sahəsindəki inkişafı üçün olduqca əhəmiyyətlidir". 
Ekspert hesab edir ki, böyük dövlətlərin iştirakı olmadan bölgə dövlətlərinin öz aralarında qərar qəbul edib və onu həyata keçirməsi önəm daşıyır: "Üçlü formatların təkcə siyasi sahədə deyil, bölgədəki problemlərin çözülməsi, siyasi anlaşılmazlığın aradan qaldırılması kimi məsələlərdə də təsirli olacağını düşünürəm. Türkmənistanın bu məsələlərdə daha fəal olması bölgənin gələcəyi üçün olduqca faydalıdır".
 
sia.az
SES QEZETI


Xəbər lenti

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

Çox oxunan xəbərlər