18px16px14px12px

Ekspert: Dövlət başçısının fərmanı sosial baxımdan müsbət qiymətləndirilməlidir

 
«Ölkə Prezidentinin  fərmanı məcburi köçkünlərin sosial təminatı baxımından uğurlu bir qərardır». Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, infrastrukturu başa çatmamış, mavi qazdan istifadə etməyən binalarda yaşayan məcburi köçkünlərin kommunal xidmətlərin istifadə qaydası əvvəlki qaydada limitlər daxilində dövlət tərəfindən həyata keçiriləcək. Onun sözlərinə görə, dövlət əvvəllər olduğu kimi limitlər daxilində məcburi köçkünlərin kommunal xidmətlərini əvəzsiz olaraq ödəyəcək.
«Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişiklik dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür. Bu fərman məcburi köçkünlərin sosial təminatını daha da gücləndirəcək. Bütövlükdə, edilən dəyişikliklər sosial baxımdan müsbət qiymətləndirilməlidir»- deyə, ekspert qeyd edib.
 
yap.org.az
 
 
SES QEZETI


Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər