18px16px14px12px

Elçin Mirzəbəyli: “Fərmana dəyişikliklər konkret fəaliyyət mexanizmləri ortaya qoyur” MÜNASİBƏT

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliklər edilməsi başlıca olaraq aztəminatlı təbəqəyə verilən dəstəyin, göstərdiyi qayğının nümunəsidir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, Fərmana edilən dəyişikliklərdə müavinətlərin, enerji xərclərinin ödənilməsi ilə bağlı konkret mexanizmlər nəzərdə tutulub: “Burada ümumu halda bütün məcburi köçkünlərə eyni qaydalar tətbiq olunmur. Başlıca olaraq onların yaşadığı şərait nəzərə alınır. Təbii ki, bu da imkan yaradır ki, hər bir məcburi köçkünə fərdi qaydada münasibət göstərilsin. Şübhəsiz ki, bu da ilk növbədə Azərbaycan dövlətinin humanist mahiyyətindən irəli gələn bir addımdır. Fərmana edilən dəyişikliklər bu sahədə mövcud olan və yaxud mövcud ola biləcək hər hansı bir problemlərin aradan qaldırılmasına ciddi imkan yaradır və konkret fəaliyyət mexanizmləri ortaya qoyur”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər