18px16px14px12px

Deputat: “Prezidentin Sərəncamı ilə humanitar yanaşma ortaya qoyulub” MÜNASİBƏT

 
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamı və sənəddən irəli gələn məsələlərlə bağlı hümanitar yanaşma ortaya qoyulub”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.Onun sözlərinə görə, burada başlıca olaraq alternativ cəzalardan söhbət gedir: “Yəni hər hansı bir cinayət törədilibsə və bu cəmiyyətdən təcrid olunmaya bilirsə, təcrid olunmamaq mümkündürsə ona yanaşma məhz bu istiqamətdə olacaq. Beləcə, cəza çəkən adamların bir daha cəmiyyətə qayıtmağından ötəri müəyyən məsələlər həllini tapacaq. Yəni bu çox vacib məsələdir. Düşünürəm ki, bu öz bəhrəsini verəcək. Eyni zamanda o cəzaların nəzarət mexanizmi də yaradılıb. Təbii ki, o də Ədliyyə sistemində bir yenilikdir. Ümumilikdə bunlar hamısı gələcəkdə ümumi mövcud olan proseslərə öz töhfəsini verən işlər olacaq”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər