18px16px14px12px

Akif Nağı: “Ermənistanın daxilində çox böyük gərginlik var” AÇIQLAMA

 
“Ermənistan hərbçiləri tərəfindən cəbhədə təxribatların artması artıq ona dəlalət edir ki, Sarkisyan hakimiyyəti çətin bir vəziyyətdədir. Ermənistan prezidenti çıxış yolları axtarmaq üçün çapalayır”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Sədrin sözlərinə görə, bu gün ölkənin daxilində çox böyük gərginlik var: “Rəsmi İrəvanda keçiriləcək seçkilər ərəfəsində bu özünü daha qabarıq göstərir. Sarkisyan ən müxtəlif üsullara, formalara əl atır ki, situasiyanı nəzarətdən çıxarmasın. Bunun digər forması isə cəbhədə gərginliyi artırmaqdır. Onlar bu yolu seçərək müxtəlif təxribatlar törədirlər. Əsas ölkənin daxilindəki vəziyyətə nəzarət və təsir etməkdir. Hər hansı bir hadisə baş verən zaman o saat Sarkisyan rejimi diqqəti ona yönəldir ki, cəbhədə gərginlikdir və s. Amma onlar düşünməlidirlər ki, bu onların öz ziyanına işləyir.Ümumiyyətlə biz hər zaman şahidi olmuşuq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri öz mövqelərini Ermənistanın mövqelərinə uyğunlaşdırırlar. Əgər rəsmi İrəvan deyirsə ki, Ermənistan-Azərbaycan prezidentləri görüşsün, vacibdir, lazımdır və s. amma həmsədrlər hay-huyla görüşün vacibliyini vurğulasalarda oranı tərk etməyə çalışırlar. Onlar Ermənistan tərəfi görüşdən yayınan kimi işğalçı ölkəni ittiham etməmək üçün burada da sözdən, mövqedən qaçırlar və heç bir münasibət bildirmirlər. Bir sözlə, həmsədrlərin proseslərə münasibəti bununla bağlıdır. Əgər bu gün Ermənistan prezidenti Serj Sarkisyan danışıqlardan qaçırsa, təbiidir ki, onun danışıqlarda deməyə sözü yoxdur”.
 
 
sia.az
SES QEZETI


Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər