18px16px14px12px

Azərbaycan Prezidentinin Sərəncamı ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşıyır

 
Bu gün Azərbaycanda zamanın çağırışlarına, tələblərinə əsasən bütün sahələrdə yeniləşmə, təkmilləşmə prosesi gedir. Penitensiar sahənin inkişafı və cəza siyasətinin humanistləşdirilməsi prosesi də ümumi islahatlar siyasətinin tərkib hissəsidir. Ona görə də Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam mühüm əhəmiyyətə malikdir.Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bildirib.Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ölkə başçısının humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Bu, eyni zamanda, cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsinin başlanğıcıdır. Çünki Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq.“Hazırkı dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması və səmərəli idarəetmənin təşkili zərurətə çevrilib”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, haqqında danışılan sahədəki bütün problemlərin aradan qaldırılması üçün kompleks institusional, qanunverici və praktiki tədbirlər görüləcək. Sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətlərin dekriminallaşdırılmasıdır. Eyni zamanda, burada böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması da nəzərdə tutulur. Sərəncamdan irəli gələn məsələlərdən biri də penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, həmçinin cinayət təqibi və cəzaların icrası sahəsində müasir texnoloji vasitələrin tətbiq edilməsidir. Eyni zamanda, Sərəncama əsasən Ədliyyə Nazirliyi qarşısında müvafiq vəzifələr müəyyən edilib, habelə Baş Prokurorluğa və məhkəmələrə tövsiyələr verilib.
 
yap.org.az
SES QEZETI


Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər