18px16px14px12px

Avstraliya parlamentində Xocalı soyqırımı barədə danışılıb

 
Avstraliya İttifaqı Parlamentinin Senatında Avstraliya Liberal Partiyasının üzvü, senator Kris Bak Xocalı faciəsi ilə bağlı çıxış edib.
Senator K.Bak çıxışında yaxın iki həftə ərzində Azərbaycan xalqının ölkə tarixinin ən qanlı faciəsinin 25-ci ildönümünü qeyd edəcəyini bildirib. O, həmin gün qadınlar və uşaqlar da daxil olmaqla, 600-dən çox mülki şəxsin öldürüldüyünü diqqətə çatdırıb. K.Bak fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etdiyini, erməni əsgərləri tərəfindən insanların öldürüldüyünü və ya donmağa məhkum edildiyini vurğulayıb.
Senator həmin gecə törədilmiş hadisələrin xarakter etibarilə faciəvi və dəhşətli olduğunu bildirərək, 1990-cı illərdə baş vermiş müharibənin fəlakətli fəsadlarının hələ də davam etdiyini söyləyib.
Müharibənin fəsadlarını humanitar böhranın ən ağır forması kimi xarakterizə edən K.Bak uğurlu vasitəçilik olmadan atəşkəsin pozulması hallarının və yenilənmiş gərginliyin hərbi münaqişənin yenidən alovlanmasına gətirib çıxaracağını qeyd edib və bu vəziyyətin bütövlükdə Qafqaz regionunda qeyri-sabitliyə yol açacağını vurğulayıb.
Sonda senator Azərbaycanın Dağlıq Qarabağ regionunun hazırda Ermənistanın işğalı altında olduğunu qeyd edərək, etnik azərbaycanlıların öz ata-baba yurdlarında məskunlaşmaq hüququnun olduğunu qeyd edib.
 
yap.org.az
SES QEZETI


Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər