18px16px14px12px

Aydın Mirzəzadə: "Dövlət bu məsələdə də həssas təbəqədən olan vətəndaşları tək qoymadı" MÜNASİBƏT

 
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliklər edilməsi qaçqın və məcburi köçkünlərin sosial problemlərinin daim diqqət mərkəzində saxlandığını göstərir. Eyni zamanda dövlət sənədlərinin həyata keçirilməsində hər hansı bir gözlənilməz məsələ ortaya çıxarsa, həmin məsələnin operativ həll etmək istəyi və dövlətçilik ənənəsi ortaya qoyulur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Cari ilin yanvar ayının 23-də Ölkə başçısı tərəfindən məcburi köçkünlərə verilən çörək pulunun nağd pulla əvəz edilməsi ilə bağlı sərəncamını xatırladan millət vəkili həmin sərəncamın məcburi köçkünlər üçün çox böyük dəstək olduğunu dilə gətirib: “Bu sərəncama əsasən, hər ailə üzvü ayda 36 manat almaqla özlərinin kommunal xərclərini özləri planlaşdıra və sərbəst qalan vəsaitdən istifadə edə bilərlər. Lakin onun həyata keçirilməsi mərhələsində məlum oldu ki, məcburi köçkünlərin bir hissəsi sayğacla təmin edilməyən və qazlaşdırılmayan yerlərdə yaşayırlar. Belə olan halda, onlara çatacaq vəsaitin ödənilməsində bir sıra çətinliklər  yaranır. Dövlət bu məsələdə də həssas təbəqədən olan vətəndaşları tək qoymadı, Cənab prezidentin ötən günkü fərmanına əsasən onlar üçün ayda 20 manat çörək pulu saxlanılmaqla, kommunal xərclərin ödənilməsi yenə də dövlət hesabına həyata keçiriləcək. Texniki məsələlər aradan qalxdıqda  problem gələcəkdə öz həllini tapacaq”.A. Mirzəzadənin sözlərinə görə, son illərdə demək olar ki, hər il 25 min qaçqın ailəsi dövlət tərəfindən rahat mənzillərlə təmin edilir: "Qaçqınların yaşadıqları dədə-baba torpaqlarına böyük qayıdışın əsası qoyulub. Dövlət başçsının Cocuq Mərcanlının bərpası ilə bağlı sərəncamı buna misaldır. Lakin bu gün Bakıda, regionlarda kommunal şəraiti olmayan çətin şəraitdə yaşayan qaçqınların bu mərhələdə bütün kommunal xərcləri dövlət tərəfindən ödəniləcək. Gələcəkdə isə onların rahat, müasir tələbələrə cavab verən mənzillərlə təmin edilməsi proqramı daha geniş şəkildə həyata keçiriləcək və onlar daha rahat mənzillərə köçəcəklər”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər