18px16px14px12px

Ekspert: "Prezidentin fərmanı öz yurd-yuvasından didərgin düşmüş insanlara növbəti dövlət qayğısıdır" RƏY

Azərbaycan Prezidenti İlham Əliyevin bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərmanı öz yurd-yuvasından didərgin düşmüş insanlara növbəti dövlət qayğısıdır. Bunu trend-ə açıqlamasında ekspert Bəhruz Quliyev bildirib. 

B.Quliyevin sözlərinə görə, bu mühüm dövlət sənədinin imzalanması bir daha sübut edir ki, Azərbaycan Prezidenti ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasını, xüsusən də məcburi köçkünlərin vəziyyətini hər zaman diqqət mərkəzində saxlayır, onların problemlərinə həssaslıqla yanaşır: "Həmçinin Prezident İlham Əliyevin məlum fərmanı ilə məcburi köçkünlərin sosial müdafiəsi daha dəqiq mexanizmlə təmin olunacaq, güclənəcək və sosial müdafiənin ünvanlılıq prinsipi həllini tapacaq. Belə ki, fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclaşma mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 1 fevral 2017-ci il tarixədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma isə məcburi köçkünlər yeni yaşayış sahələrinə köçdükləri günə qədər qüvvədə qalmaqda davam edəcək. Yəni onlar fevral ayından etibarən əvvəli qaydada 20 AZN müavinət alacaqlar. Bütövlükdə isə burada əsas faktorlardan biri də Prezident İlham Əliyevin daim insan amilinə diqqət yetirməsidir ki, hər bir Azərbaycan vətəndaşı bu diqqəti öz üzərində hiss edir və alqışlayır". 
Ekspert əlavə edib: "Əbəs deyil ki, ölkə başçımız mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə bağlı əhəmiyyətli fərmanlar imzalayır, onların həyat və məişətlərinin, sosial vəziyyətlərinin təminatının daha da yaxşılaşdırılması istiqamətində işlər aparır. Bütün bu kimi əhəmiyyətli məqamlara diqqət yetirərkən, biz bir daha əmin oluruq ki, atılan addımlar, dövlət başçımızın reallaşdırdığı tədbirlər planı 2017-ci ildə də Prezidentin diqqəti mərkəzində olacaq və insanlarımız aparılan davamlı və təməlli islahatların səmərəsini, uğurunu hiss edəcək. 
Biz həm də inanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının yürütdüyü qətiyyətli, prinsipial siyasəti nəticəsində işğal altındakı torpaqlarımız düşməndən təmizlənəcək, qaçqın və məcburi köçkünlərimiz yaxın vaxtlarda öz doğma yurd-yuvalarına geri dönəcək".
 
sia.az
SES QEZETI


Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər