18px16px14px12px

Məlahət İbrahimqızı: "Sərəncam humanizmə əsaslanıb"AÇIQLAMA

 
“Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı haqq-ədalətə, humanizmə, sosial prinsiplərə əsaslanıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, artıq ictimaiyyət bilir ki, insanların hüquq və azadlıqlarının genişləndirilməsi  Azərbaycan Prezidentinin siyasətinin təməlində dayanır: “Bilirsiniz ki, ölkəmizdə Ulu Öndərin hakimiyyəti dövründən Prezident yanında Əfv Komissiyası fəaliyyət göstərir. Komissiya insanlara onlar üçün vacib olan azadlıq hüquqlarını bəxş edir.  Bundan əlavə ölkəmizdə dəfələrlə  Amnistiya haqqında qərarlar qəbul olunub.  Azərbaycan Prezidenti İlham Əliyev də 2003-cü ildən bu siyasət uğurla davam etdirir.  Bu siyasət nəticəsində  minlərlə məhbus öz doğmalarına qovuşub, onlara azadlıq hüququ bəxş edilib. Bu baxımdan Azərbaycan Prezidentinin sərəncamı gözənilən idi. Sərəncam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Sözügedən sənəd ictimaiyyət cəmiyyət tərəfindən yüksək qiymətləndirilir".
 
sia.az
SES QEZETI


Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər