18px16px14px12px

Millət vəkili: "Sərəncam insanların islah olunmasına imkan verəcək" AÇIQLAMA

“Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı islahat xarakterli olmaqla yanaşı, humanist  prinsiplərə əsaslanır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrinin təcrübəsində də cəzaların daha yüngül şəkildə həyata keçirilməsi, yalnız həbs deyil, insanların etdikləri hərəkətə müxtəlif  variantlarla odekvat cəza tətbiq etmək kimi ənənələr var: “Bunun ölkəmizdə də tətbiq olunması ilə bağlı atılan addımlar uğurludur. Sərəncamdan irəli gələn məsələlərə əsasən ev dustaqlığı və ya ağırlaşdırmadan ödəmələrin olması, 18 yaşına qədər olan gənclərin səhvlərinin çox da şişirdilmədən üstündən keçirilməsi və ya daha yumşaq cəza tədbirlərinin həyata keçirilməsi islahat xarakterlidir. Sərəncama əsasən həm uşaqlar, həm qadınlarla bağlı məsələlərə yumşaq yanaşma tərzi həyata keçiriləcək. Hesab edirəm ki, bu sərəncamdan sonra ölkə qanunvericiliyində yeni yanaşma olacaq”. Millət vəkilinin sözlərinə görə, pentensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi haqqında sərəncam insanların islah olunmasına imkan verəcək: “Bu baxımdan sərəncamı yüksək qiymətləndirirəm və hesab edirəm ki, sözügedən sənəd cəmiyyətdə xüsusilə yüksək qarşılanacaq. Elə ölkələr var ki, orada 100 min adama düşən məhbus sayı daha azdır. Lakin bu o demək deyil ki, orada cinayət və ya  cəza sistemi yoxdur. Sadəcə həmin ölkələrdə cəza tədbirlərinə yanaşma sistemi fərqlidir. Bizdə də məqsəd məhbusların sayının azaldılması, cəzaların profilaktik tədbirlər görməklə həyata keçirilməsidir”.F. Quliyev əlavə edib ki, son sərəncam Azərbaycanda məhbus ailələrinə də xeyr verəcək: “Çünki cinayət əməli törədən şəxs tək əziyyət çəkmir. Bundan onun ailələri yaxınları da əziyyət çəkir. Elə şəxslər var ki, onlar səhvən ilk dəfə cinayət törədib. Belə olan halda, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsasları daha da məhdudlaşdırılacaq. Ümumiyyətlə, sərəncamın tətbiq sahələri geniş olacaq”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər