18px16px14px12px

Ekspert: “Fransa həmsədrlikdən uzaqlaşdırılmalıdır” AÇIQLAMA

 
“Ollandın Fransada erməni diasporunun üzvləri ilə görüşdə "Qarabağ problemi xalqların öz müqəddəratını təyin etməsi yolu ilə həll olunmalıdır” fikirləri yolverilməzdir”.  Bunu SİA-ya açıqlamasında Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.Onun sözlərinə görə, Fransa hər zaman Ermənistanı dəstəkləyib və işğalçıya haqq qazandırıb: “İşğalçı Ermənistanla sıx əlaqə quran dövlətlər sıralarında Fransa ön sıradadır. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edənlər arasında çoxluq təşkil edənlər də əksəriyyəti məhz Fransa vətəndaşlarıdır. Bununla da Fransa beynəlxalq hüquq normalarını ayaqlar altına atır və kobud surətdə pozur .Fransa prezidentinin dediyi ermənipərəst fikirlər onu deməyə əsas verir ki, Fransa ATƏT-in Minsk qrupu həmsədr ölkəsi ola bilməz belə olan halda Fransa həmsədrlikdən uzaqlaşdırılmalı və Azərbaycan diplomatik qurumları Fransaya etiraz notası verməlidir” .
 
sia.az
SES QEZETI


Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər