18px16px14px12px

Azərbaycan Dünya Turizm Forumunun Qlobal İclasında təmsil olunacaq

 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 16-18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək.Nazirlikdən SİA-ya bildirilib ki, forum zamanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqların aparılması, 2017-ci ildə “İnkişaf naminə Davamlı Turizm Beynəlxalq İli”nin qeyd edilməsi, eyni zamanda cari ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Forum çərçivəsində təşkil olunacaq tədbirlərlə əlaqədar bir sıra görüşlər keçiriləcək. Həmçinin tədbir çərçivəsində nazirlər üçün təşkil ediləcək xüsusi “dəyirmi masa”da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı da nəzərdə tutulub.
 
sia.az
SES QEZETI


Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər