18px16px14px12px

YAP Goranboy rayon təşkilatı IX konfransa uğurla hazırlaşır

Partiyanın rayon təşkilatı Mərkəzi Xəstəxana ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
 
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı IX konfransa hazırlıqla bağlı tədbirlər planını uğurla reallaşdırmaqda davam edir. Belə ki, növbəti tədbir YAP Goranboy rayon təşkilatı Mərkəzi Xəstəxana ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı ilə baş tutub.
Tədbirdə ilk partiya təşkilatının sədri Rüstəm Budaqov hesabat məruzəsi ilə çıxış edərək, ötən hesabat-seçki müddətində ilk partiya təşkilatının fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. 
Hesabat-seçki yığıncağında çıxış edən Azadəli Məcidov,Vidadi Əliyev,Yeganə Məmmədova və digərləri bildiriblər ki, hər bir YAP üzvü bu partiyanın ətrafında sıx birləşərək, dövlətin yürütdüyü siyasətə dəstək olur.
Sonra çıxışçılar ilk partiya təşkilatının hesabatını qənaətbəxş hesab edərək, öz fikirlərini bildirdilər.
Yığıncaqda YAP rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışıb və qeyd edib ki,Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP istər regionda, istər MDB məkanında ən güclü siyasi partiyadır ki, öz xalqına xidmət edir. 
Çıxışların ardınca, qərarlar qəbul edilib.
Yığıncaqda 11 nəfərdən ibarət idarə heyəti seçilib. Rüstəm Budaqov yenidən ilk partiya təşkilatının sədri, iki nəfər isə müavin seçilib. 
YAP rayon təşkilatının IX konfransına isə 9 nəfərdən ibarət nümayəndə heyəti seçilib.
 
Rövşən RƏSULOV
 



Xəbər lenti

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

Çox oxunan xəbərlər