18px16px14px12px

YAP Pirallahı rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir

 
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birinci konfransına hazırlıqla əlaqədar hesabat-seçki yığıncaqları davam etməkdədir. SİA-nın verdiyi məlumata görə, növbəti hesabat-seçki yığıncağı əfsanəvi Neft Daşlarında Yeni Azərbaycan Partiyası Pirallahı rayon “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında keçirilib.
 Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra, hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi qeyd edib ki, hesabat dövründə partiya sıraları kəmiyyət və keyfiyyət cəhətdən xeyli artıb.
Yığıncaqda çıxış edən Hikmət Şikarov, Rauf Məmmədov, Ələddin Budaqov, Məzahir Kazımov və başqaları ərazi ilk partiya təşkilatının qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildiriblər.  
Hesabat-seçki yığıncağının iştirakçıları ərazi ilk partiya təşkilatının ötən ildəki fəaliyyətini qənaətəbəxş qiymətləndirib. Partiya üzvlərinin açıq səsverməsi ilə Qoçalı Mahmudov yenidən ərazi ilk partiya təşkilatının sədri seçilib. Həmçinin, ərazi ilk partiya təşkilatının işini səmərəli təşkil etmək üçün 2 sədr müavini, 15 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birinci konfransında iştirak etmək üçün 15 nəfərdən ibarət nümayəndə seçilib. 
Yığıncağın sonunda bir qrup yeni qəbul olunmuş Partiya üzvünə üzüvlük vəsiqələri təqdim edilib.  
Yığıncağın sonunda çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yarandığını bildirib. M.Manafov yeni seçilmiş heyyəti təbrik edərək yığıncaq iştirakçılarına çətin və şərəfli işlərində uğurlar arzulayıb.
 
sia.az
SES QEZETI


Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər