18px16px14px12px

Raqif Abbasov: “Azərbaycanda uşaq və gənclərin inkişafı üçün önəmli işlər həyata keçirilir” AÇIQLAMA

 
“Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün önəmli işlər həyata keçirilir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, rayon gənclər və idman idarələri, federasiyalar, klublar, cəmiyyətlər və digər qurumlar bu istiqamətdə əhəmiyyətli addımlar atırlar”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.O qeyd edib ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafına xüsusi diqqət göstərir: “Cənab Prezidentin göstərişi ilə Azərbaycanda həm uşaqların, həm də gənclərin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövlət proqramları qəbul olunub. Əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti dövlət başçımız tərəfindən uğurla davam etdirilir”.Baş idarə rəisi bildirib ki, təsdiqlənmiş tədbirlər planının mütləq əksəriyyətində uşaq və gənclərin inkişafı nəzərdə tutulur: “Gənclərin fiziki inkişafı üçün müxtəlif çempionat, birincilik, açıq kubok yarışları, spartakiyadalar keçirilir, beynəlxalq yarışlara hazırlıq, təlim-məşq toplanışları təşkil olunur. Onların mənəvi inkişafı üçün də bir çox tədbirlər, layihələr həyata keçirilir. Həm ali  təhsil ocaqları, həm də klub və cəmiyyətlərlə işimiz də bu istiqamətdə qurulub. Fiziki qüsurlu idmançıların, paralimpiya hərəkatının inkişafı ilə bağlı da addımlar atılır. Gənclərimiz üçün böyük idman infrastrukturu yaradılıb. Bütün idman qurğularından gənclərin istifadə etməsi təmin olunub. İdman elə bir sahədir ki, burada zədələr qaçılmazdır. Bir çox idmançıların zədə aldıqdan sonra idmana qayıdışları istiqamətində də işlər aparılır. Bu işlər aşağı yaş qruplarında daha vacibdir. Burada psixoloqlar və məşqçi korpusu xüsusi işlər həyata keçirirlər”.Onun sözlərinə görə, bu sahədə beynəlxalq təcrübə də öyrənilir və tətbiq edilir: “Stimul və nümunə olmaq üçün tədbirlərimizə məhz peşəkar, yüksək nailiyyət göstərmiş idmançıları cəlb edirik . Bu gün gənclərin hazırlıq məsələləri, yarışlara cəlb olunmaları üçün coğrafiyanı genişləndirməyə çalışırıq”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər