18px16px14px12px

Hikmət Babaoğlu: “Görüş Azərbaycana çoxsayli strateji dividentlər qazandıracaq” AÇIQLAMA

 
“Bu gün Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirilib. Belə bir mühüm görüşün məhz Bakıda keçirilməsi heç də təsadüfi deyil. Hər şeydən əvvəl bu fakt dünya siyasətini müəyyənlşdirən iki  böyük dövlətin Azərbaycana olan inamının və etimadını göztəricisidir. İkincisi, Azərbaycanın hər iki ölkə ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin nəticəsidir. Üçüncüsü, ölkəmizin beynəlxalq nüfuzunun və onun formalaşdırdığı real geostrateji gerçəkliyin  yaratdığı sərtlərin tərəfdaşlıq üçün münbit  məqbul dialoq plarformasının qəbul edilməsi reallığıdır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri ölkəmizi tərəfdaşlıq və əməkdaşlıq platformasına çevirməkdir: “Prezident İlham Əliyev həmişə qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırki mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Ona görə də bu görüşün ən müxtəlif ölkələrdə keçirilməsi məsələsi uzun müddət müzakirə edilsə də sonunda Bakıda baş tutması dediyimiz məsələlərlə bağlıdır.Bununla yanaşı Azərbaycan Prezidentinin ABŞ və Rusiya Federasiyasının prezidentləri ilə olduqca yaxşı münasibətlərinin mövcud olması, hər iki prezidentin Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul etməsi, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmələri qlobal hərbi -strateji əhəmiyyəti olan belə bir görüşün Bakıda keçirilməsini zəruri edib. Azərbaycanın BMT təhlukəsizlik Şurasının Qeyri-daimi üzvü seçilməsi, bu quruma iki illik rəhbərliyi dövründə öz missiyasını və vəzifəsini uğurla yerinə yetirməsi, Avropanın enerji təhlukəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş imicini qazanması, regionda ən müxtəlif hərbi siyasi qütblərdə dayanan iki hərbi siyasi təşkilatlanmanın, NATO və KTMT maraqlarının uzlaşdırılmasında xüsusi rol oynaması, Rusiya-Turkiyə münasibətlərinin normallaşmasında yaxından iştirak etməsi, eyni zamanda üçtərəfli formatda yeni əməkdaşlıq platformasları yaratması ölkəmizi tərəfdaşlıq üçün cazibədar hala gətirib və bu Azərbaycanın dövlət və milli maraqlarına tam cavab verir. Düşünurəm ki, bütün dünyanın maraqla izlədiyi bu görüşün Bakıda baş tutması Azərbaycana çoxsayli strateji dividentlər qazandıracaq”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər