18px16px14px12px

"Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları"

Bu mövzuda tədbir keçirilib
 
Azərbaycan Respublikası Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi "Ailə İnstitutunun formalaşmasında adət-ənənələrimiz" silsiləsindən olan "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı açaraq bildirdi ki, bu böyük bir layihənin növbəti tədbiridir. Aqiyə Naxçıvanlı, bildirdi ki, cəmiyyətin inkişafı, ilk növbədə, ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır. Buna görə də, cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışır. 
Tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dini Məsələlər üzrə Dövlət Komitəsinin rəsmi nümayəndələri, Milli Məclisin deputatları, icra hakimiyyəti başçılarının müavinləri, psixologiya elmləri üzrə nüfuzlu alimlər, qeyri - hökumət təşkilatlarının nümayəndələri mövzu ətrafinda çıxış edərək, bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının labüdlüyünü bildirdilər. Tədbirdə nümunəvi ailə başçısı kimi Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş video-süjet və qanunvericilik aktlarından və rəsmi statistik rəqəmlərdən ibarət slayd nümayiş olundu.
 
NƏZAKƏT
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər