18px16px14px12px

Bilik Fondu İslam Həmrəyliyi Oyunlarının təbliğatına başladı

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktorları Könül Nurullayeva və Elçin Səfərovun gənclərlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev fondun əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi layihələri barədə məlumat verdikdən sonra İslam Həmrəyliyi Oyunlarının yalnız idman bayramı deyil, həm də siyasi hadisə olduğunu diqqətə çatdırıb. 
İ.Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün islama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq" fikirlərinə diqqət çəkərək, təmsil etdiyi qurumun İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə birgə təbliğat-təşviqat işlərinə başlamağa hazır olduğunu deyib.  
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları fondda görməkdən məmnun olduğunu bildirib. O.Səmədov İslam Həmrəyliyi Oyunlarının mahiyyətinin ölkə ictimaiyyətinə daha ətraflı çatdırılması məqsədi ilə fondun hazırlayacağı ilkin fəaliyyət planını birgə müzakirəyə çıxarmağın məqsədəuyğun olduğunu söyləyib. 
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Könül Nurullayeva İslam Oyunlarının tarixindən söz açıb. O, bu tədbirin tək Azərbaycanın, azərbaycanlıların deyil, islam dünyası ölkələrinin, həmçinin, başqa dinlərin daşıyıcılarının həmrəyliyinə, İslam dini haqqında yaranmış yanlış fikirlərin aradan qalxacağına böyük təkan olacağını vurğulayıb. 
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov oyunların maliyyə tərəfindən söz açaraq, əsas işlərin Avropa Oyunları Əməliyyat Komitəsinin maddi-texniki bazası üzərində qurulacağını diqqətə çatdırıb, komitənin iş prinsipindən fəaliyyət formasından danışıb. 
Sonda 12-22 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən hazırlanan video-çarx nümayiş olunub. 
     
NƏZAKƏT 
 



Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər