18px16px14px12px

Deputat: “Azərbaycan öz gələcəyini özü müəyyənləşdirir” MÜNASİBƏT

“Danford və Qerasimovun görüşünün Bakıda keçirilməsi Azərbaycan Prezdentinin uzun illər boyu apardığı uğurlu beynəlxalq siyasətin göstəricisidir. Azərbaycandakı sabitliyə, təhlükəsizliyə və yüksək multikultural mühitə dünyanın super güclərinin etibar etməsi, ölkəmizin dünya üçün böyük əhəmiyyətə malik olduğunu göstərir”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, dünyanın iki supergücün Bakıda görüşməsinin kökündə aşağıdakı məqamlar dayanır: “1. Azərbaycan prezdentinin dünyada şəxsi nüfuzu çox yüksəkdir. Dövlət başçımız həm ABŞ-ın , həm də Rusiyanın rəhbərləri ilə yüksək dostluq münasibətləri qurub. Bu dostluqun da təməlində cənab İlham Əliyevin heç kimdən çəkinmədən apardığı müstəqil dövlət siyasəti durur. Həm də ABŞ-ın və Rusiyanın Azərbaycana strateji tərəfdaş olaraq etibar edir. Azərbaycan hər zaman üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yüksək səviyyədə icra edir.
2. Azərbaycan beynəlxalq görüşlərinin keçirilməsi üçün müasir şəraitlərə malik ən təhlükəsiz məkandır. Son illər paytaxtımızda keçirilən beynəlxalq tədbirlər də bunu deməyə imkan verir. Həm də beynəlxalq görüşlərin təşkilində Bakının təcrübəsi böyükdür. Bu günə qədər ölkəmizdə baş tutan hər bir görüş çox yüksək səviyyədə təşkil olunub və görüş iştirakçıları çox məmnun qalıblar.
3. Azərbaycan iqtisadi və siyasi baxımdan tam müstəqil ölkədir. Heç kimdən asıllığı yoxdur. Öz gələcəyini özü müəyyənləşdirir. Azərbaycanın belə azad mövqeyi dünya əhəmiyyətli görüşlər üçün əhəmiyyətini artırır”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər