18px16px14px12px

"Böyük güclər Ermənistana təzyiq göstərməlidirlər"

 
Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində fevralın 20-də keçirilməsi nəzərdə tutulan qeyri-qanuni “referendum” Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.Bu fikri AZƏRTAC-a açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.Elçin Əhmədov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın nəzarətində olan və tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Ermənistanın danışıqlarda Dağlıq Qarabağın “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışdığını deyən E.Əhmədov vurğulayıb ki, aprel döyüşləri “Dağlıq Qarabağ” adlı qurumun mif olduğunu sübut etdi: “Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ” ordusu mövcud deyil. Orada Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub. Nəyin bahasına olursa-olsun, Azərbaycan işğal altındakı torpaqlarını azad edəcək”.Bundan əlavə, istər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də vasitəçilik missiyasını öz üzərlərinə götürmüş böyük dövlətlər Ermənistana təzyiq etmək, ümumiyyətlə, işğal faktını qəbul etmək istəmirlər. Bundan istifadə edən Ermənistan Respublikası ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə dünyaya və Azərbaycana qəbul etdirməyə çalışır. Belə “seçkilər”in keçirilməsinin əsl mahiyyəti də məhz bundan ibarətdir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu, bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb. Prezident deyib: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq”.“Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almalı, qəti addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”, - deyə Elçin Əhmədov vurğulayıb.
 
 
sia.az
SES QEZETI


Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər