18px16px14px12px

“Bakı ağır diplomatik görüşlərin keçirilməsi üçün ideal məkandır" ŞƏRH

 
“ABŞ və Rusiyanın qərargah rəislərinin görüş yeri kimi Bakını seçməsi təsadüfi deyildi”. Bunu SİA-ya açıqlamasında millər vəkili Aydın Mirzəzadə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun Bakı görüşünü şərh edərkən bildirib. 
Onun sözlərinə görə, görüş yerinin seçilməsi ilə bağlı iki ölkə arasında müəyyən problem var: “Yəni hər iki tərəfin təqdim etdiyi variantlarda digər tərəfin hansısa bir iradı, yaxud hansısa səbəbdən gələ bilməməsi mümkün idi. Ancaq Bakı hər iki tərəfin bütün şərtlərinə uyğun gəlirdi. Birincisi, Azərbaycanın həm NATO, həm Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yaxşı münasibətləri  var. İkincisi, Azərbaycan beynəlxalq aləmdə aktiv xarici siyasət yeridir. Ölkəmizin təhlükəsizlik, stabillik uğrunda fəaliyyəti dünya tərəfindən müsbət qiymətləndirilir. Azərbaycan Şərq köklərinə malik olsa da, həm Bakı, həm əyalət şəhərləri kifayət qədər avropalaşıb, qanunların işlədiyi, təhlükəsizliyin mövcud olduğu bir məkana çevrilib. Azərbaycan dövlətində bu gün hər hansı bir siyasi, hərbi, iqtisadi gərginlik yaşanmır. Din baxımından da hər hansı bir problem ola bilməz. Bu mənada Bakının seçilməsi ağır diplomatik görüşlərin keçirilməsi üçün çox ideal bir yer oldu. Ümumən götürdükdə hesab edirəm ki, Bakı son illər ev sahibliyi etdiyi bir çox beynəlxalq tədbirlərlə artıq diplomatik paytaxt statusunu qazana bilib. Paris, Brüssel, Vyana, Cenevrə kimi Bakı da bir çox görüşlərin mərkəzi kimi tarixə düşür”. 
Millət vəkili vurğulayıb ki, Azərbaycanın eyni zamanda diplomatik vasitəçi kimi də xeyli təcrübəsi var: “Rusiya ilə Türkiyə arasında məlum təyyarə insdentindən sonra bir müddət gərginlik yaşanmışdı. Amma Prezident İlham Əliyevin səyi nəticəsində həmin gərginlik aradan qaldırıldı. Həmçinin, burada cənab Prezidentin şəxsi nüfuzu da böyük rol oynayır. Təsadüfi deyil ki, Donald Tramp ötən ilin 8 noyabrında prezident seçildikdən sonra ilk günlərdə onunla az sayda danışan dövlət rəhbərlərinin içərisində Prezident İlham Əliyev də var idi. Bütün bunlar göstərir ki, Azərbaycanın paytaxtının danışıqlar mərkəzi kimi seçilməsi heç də təsadüfi deyil. Bu, gözəl bir ənənənin əsasını qoydu və gələcəkdə biz Bakıda digər görüşlərin keçirlməsi barədə az eşitməyəcəyik”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər