18px16px14px12px

Millət vəkili: "Erməni cəmiyyətinin özünün tələbi və arzusu deyil” MÜNASİBƏT

 
“Terrorçu, cinayətkar və separatçı rejimin Dağlıq Qarabağda "referendum" keçirməyə hazırlaşması ötən ilin aprel döyüşlərindən sonra daha qabarıq nəzərə çarpan bir reallığın nəticəsidir. Hansı reallığın? Baxın, yəqin son iki həftədə Rusiyada qubernatorların dəyişdirilməsi prosesinin necə baş verdiyini izləyənlər var”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, bir çox qubernatorlar Moskvada çalışan menecer və yaxud da yüksək vəzifəli məmurlarla əvəzlənirlər: “Bəyəm, Qazpromda çalışan Karen Karapetyanın ötən ilin sentyabrında Ermənistana baş nazir göndərilməsi ilə hazırda Rusiyanın özündə qubernatorların dəyişdirilməsi arasında hansısa bir fərq nəzərə çarpır? Xeyr, çarpmır, eyni siyasət, eyni üsuldur, Rusiyanın digər quberniyaları kimi Ermənistanda da reallaşdırılır. Ona görə reallaşdırılır ki, Ermənistan müstəqil deyil, erməni xalqının özünün öz gələcəyini müəyyənləşdirmək qüdrəti yoxdur və bir də onlar idersizlik problemi yaşayırlar.Ermənistanda parlamentli respublikaya keçid və Dağlıq Qarabağdakı "referendum" oyunu da məhz bundan qaynaqlanır. Bu, heç də erməni cəmiyyətinin özünün tələbi və arzusu deyil. Bayaq xatırlatdığımız aprel döyüşləri də çox aydın şəkildə göstərdi ki, fors-major hallarda nə etmək, hansı addımlar atmaq lazım gəldiyini Ermənistanın de-yure rəhbərliyi yox, de-fakto yiyəsi müəyyənləşdirir. O üzdən də Ermənistanda parlamentli respublikaya keçidi rəsmiləşdirən seçkinin aprelin 2-də keçirilməsinin özündə də bir rəmzlik var.Olsun, bu, siyasi yox, geosiyasi mahiyyət daşıyaraq kənardan tapşırıq əsasında reallaşdırılsa da, necə deyərlər onların daxili işidir. Dağlıq Qarabağdakı "referendum" oyununa gəldikdə isə məsələ tam fərqlidir. Bu oyuncaq referendum Azərbaycana öz torpaqlarını işğalçılardan təmizləmək üçün güc tətbiqinə əl atmasına əlavə əsas verir. Heç bir ölkə onun izni olmadan torpağının bir parçasının adının dəyişdirilməsi, beynəlxalq qanunları da kobudcasına pozmaqla orada konstitusiyasının əleyhinə yönələn addımlar atılmasıyla barışmaz. Azərbaycan da barışmayacaq! Bunu "erməni yazı" deyə biləcəyimiz aprel döyüşləri də göstərdi və təbii ki davamı da olacaq”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər