18px16px14px12px

Əflatun Amaşov: "Mətbuat ən demokratik institutlardan birinə çevrilib"

“Azərbaycan mətbuatı Əkinçidən başlayır. Lakin müstəqillik qazandıqdan sonra mətbuatımız ən demokratik institutlardan birinə çevrilib”. SİA-nın xəbərinə görə, bu fikirləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Parlamentdə keçirilən KİV nümayəndələri ilə görüş zamanı deyib.Millət vəkilinin sözlərinə görə, Azərbaycan mətbuatı dünyanın çox ölkəsində olmayan, dövlətə söykənən mətbuatdır: “Bu gün ölkəmizdə 40-a yaxın gündəlik, 250-yə yaxın həftəlik qəzet, bir o qədər də xəbər portalları fəaliyyət göstərir. Azərbaycan mətbuatı milli, vətənpərvər mətbuatdır”.Milli Məclislə Mətbuat Şurası arasında memorandumun imzalandığını deyən Ə. Amaşov qeyd edib ki, əsas məqsəd Milli Məclisin fəaliyyətini olduğu kimi işıqlandırmaqdır: “Bəzi hallarda Milli Məclisin fəaliyyəti ilə bağlı qərəz də olur. Nə qədər obyektiv olsaq, peşə davranış qaydalarına əməl etsək, bundan media qələbə qazanar. Bugünkü iclas da bu məsələləri aradan qaldırıb, müvafiq qərara gəlmək üçün nəzərdə tutulub”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər