18px16px14px12px

Arzu Nağıyev: "Hərbi jurnalistika sahəsində yeni qanuna ehtiyac var" TƏKLİF

“Azərbaycanda hərbi jurnalistika sahəsində müvafiq qanun layihəsinin hazırlanmasına ehtiyac var”. SİA-nın xəbərinə görə, bu təkliflə "Trend" İnformasiya Agentliyi baş direktorunun müavini Aruz Nağıyev Milli Məclisdə KİV nümayəndələri ilə keçirilən görüşdə çıxış edib.Onun sözlərinə görə, qanun layihəsində həm jurnalistlərin fəaliyyəti, həm də sığortası ilə bağlı məsələlər öz əksini tapa bilər: “Hazırda hər hansı  elektron, yazılı və ya  televiziya jurnalistinin hərbi sahəyə göndərilməsinin özü mühüm prosesdir. Çünki orada istənilən hadisə baş verə bilər.  Jurnalistlərin bu məsələlərdən sığortalanması, senzuraya məruz qalan ərazilərdə onların nə ilə üzləşməsi qanunla tənzimənməlidir. Son vaxtlar dünyanın hər yerində həlak olan jurnalistlərin bir çoxu məhz hərbi jurnalistika ilə bağlıdır. Bu baxımdan hərbi jurnalistika sahəsində qanun layihəsinin hazırlanmasına ehtiyac var”.
 
sia.az
SES QEZETI


Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər