18px16px14px12px

Bəhruz Quliyev: "Deputatlar əsas verməsə, jurnalistlər onları tənqid etməz"

 
“Mətbuatla parlament arasında münasibətlərin sağlam məcrada inkişafı həm dövlət, həm də ictimaiyyət üçün böyük divident gətirə bilər”. SİA-nın xəbərinə görə, bunu “Səs” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Milli Məclisdə KİV nümayəndələri ilə görüş zamanı çıxış edərkən deyib.Parlamentdə KİV nümayəndələri ilə görüşün keçirilməsinin yaxşı hal olduğunu dilə gətirən baş redaktor söyləyib ki, dövlət-mətbuat münasibətlərinin düzgün istiqamətdə qurulması və inkişafının bünövrəsi Ulu Öndər tərəfindən qoyulub: “Məhz ona görə də mətbuat Ulu Öndəri özünün dostu sayıb və sağlam münasibətlər əsasında formalaşan dövlət və mətbuat münasibətləri bu gün çox yaxşı məcrada inkişaf edir. Cənab Prezident İlham Əliyev də dəfələrlə mətbuat rəhbərləri, Mətbuat Şurasının idarə heyətinin üzvlərini qəbul edib, mətbuata olan iradlarını bir başa özü səsləndirib, bu sahədə olan problemlərlə yaxından maraqlanıb. Bunun nəticəsidir ki, bu gün dövlətin əsas qanadlarından olan parlamentdə geniş görüş keçirilir”.B. Quliyev qeyd edib ki, kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq, Xocalı və ya digər bu kimi faciələrdə həm dövlət məmuru, həm parlament nümayəndələri, həm hüquqi sahədə çalışan insanlar, həm də sadə vətəndaşlar birləşərək Azərbaycanın səsini öz sahəsində çatdırmağa borcludur.“Mətbuatı tənqid edərkən, parlementin bəzi nümayəndələrini də tənqid etmək lazımdır. Parlamentin bəzi deputatları, komitə üzvləri əsas verməsə, jurnalistlər heç zaman onları tənqid etməzlər. Sağlam tənqiddən qaçmaq lazım deyil. Əgər Milli Məclisdə hər hansı qanun layihəsi müzakirə və ya qəbul olunursa, bu məsələlərin ictimaiyyətə çatdırılması hər zaman mətbuatın diqqətindədir. Ona görə belə məqamlarda xahiş edirəm ki, bəzi deputatlara, komitə və parlamentlərarası dostluq qruplarının üzvlərinə çatdırın ki, sağlam fəaliyyət göstərən jurnalistlərdən qorxmasınlar, əksinə belə məqamlarda lazımı məsələləri, qanun layihələrini şərh edib, sərəncamlardan irəli gələn məsələləri ekspert kimi təhlil etsinlər. Buna zərurət var. Sağlam münasibət həm dövlət, həm də ictimaiyyətə xeyir gətirər”- deyə, baş redaktor əlavə edib.
 
sia.az
SES QEZETI


Xəbər lenti

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

Çox oxunan xəbərlər