18px16px14px12px

MM-in deputatı: Bu fakt Azərbaycanın bir dövlət olaraq nüfuzunu göstərir

 
«Azərbaycan dövlətinin siyasəti tərəfdaşlıq, beynəlxalq terrorla mübarizə və əməkdaşlıqdan ibarətdir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
A.Mollazadə bildirib ki, Bakıda ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Valeriy Gerasimov arasında keçirilən görüş əhəmiyyətlidir. Onun fikrincə, bu görüşün Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycanın heç bir hərbi bloka daxil olmaması ilə əlaqədardır. 
«Hesab edirəm ki, Bakı görüşü gələcəkdə hansısa xoşagəlməz hadisələrin qarşısıı almağa xidmət edəcək.  Ölkəmizin həm ABŞ, həm də Rusiya ilə tərəfdaşlıq və əməkdaşlıq münasibətləri  var. Bu görüşün məhz Bakıda keçirlməsi, böyük bölgədə sabitliyə xidmət etməsi Azərbaycanın mənafeyinə uyğundur. Bölgədə məhz sabitliyin, əməkdaşlığın tərəfdarı olduğumuz üçün belə bir görüşlər Azərbaycanda keçirilir. Dövlətimizin  siyasəti hansısa qarşıdurmalar, müharibələr deyil, tərəfdaşlıq və əməkdaşlıq, qarşılıqlı maraqların üzərində qurulmuş siyasətdir. Buna görə də Azərbaycan bu siyasətini uzun illərdir öz tərəfdaşlarına da təqdim edir. Eyni zamanda, bu fakt Azərbaycanın bir dövlət olaraq nüfuzunu göstərir»- deyə, A.Mollazadə qeyd edib.
 
yap.org.az
SES QEZETI


Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər