18px16px14px12px

Ziyafət Əsgərov: "Qanunsuz “referendum”un heç bir hüquqi əsası yoxdur"

“İşğal edilmiş Azərbaycan ərazilərində ermənilərin keçirəcəyi qanunsuz “referendum”un heç bir hüquqi əsası yoxdur”. SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.Bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin də bəyanat verdiyini xatırladan Z. Əsgərov qeyd edib ki, Dağlıq Qarabağ deyilən qondarma qurumu heç bir dövlət tanımır: "Bu dövlət deyil, qondarma bir qurumdur. Ona görə də onların indiyə qədər keçirdiyi “seçkilər”, o cümlədən indiki “referendum” da qondarmadır. Belə “seçkilər”in heç bir hüquqi əhəmiyyəti və nəticəsi yoxdur. Ona görə də biz bu “referendum”u tanımırıq. Sadəcə, onlar bu “referendum”u keçirməklə özlərini yada salmağa çalışırlar ki, biz də varıq. Yəni, dünya dövlətlərinə özlərini göstərsinlər ki, guya burda da “referendum” keçirilir. Amma, dünya dövlətlərinin onları tanımadığını unudurlar. Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada edilən bütün hüquqi prosedurlar yalnız ölkəmizin icazəsi ilə həyata keçirilə bilər".
 
sia.az
SES QEZETI


Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər