18px16px14px12px

Milli Məclisdə KİV rəhbərləri ilə görüş keçirilib TƏDBİR

 
Bu gün Milli Məclisdə Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə ilk çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova  söyləyib ki, mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşıda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, xalqın keşməkeşli anlarında proseslərin önünə keçməyi bacarıb.B.Muradova bildirib ki, Azərbaycan mətbuatı yarandığı gündən indiyə qədər şərəfli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb: “Həm dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda öz əksini tapıb”.Daha sonra çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov qeyd edib ki,  Azərbaycan xalqının inkişafında, milli təfəkkürünün inkişafında, milli mənliyinin meydana gəlməsində mətbuatın kifayət qədər rolu olub: “Bu gün əsas fikrimiz tanışlıqdır. Amma xahiş edirəm ki, biz bu görüşün statusunu aşağı salmayaq. Bu qədər media rəhbəri ilk dəfədir parlamentə toplaşıb. Məqsəd ölkə mediasının parlamentin işində, qanunvericilik bazasının hazırlanmasında daha yaxından iştirak etməsidir”.Görüşdə çıxış edən "Səs” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bildirib ki, mətbuatla parlament arasında münasibətlərin sağlam məcrada inkişafı həm dövlət, həm də ictimaiyyət üçün böyük divident gətirə bilər.Parlamentdə KİV nümayəndələri ilə görüşün keçirilməsinin yaxşı hal olduğunu dilə gətirən baş redaktor söyləyib ki, dövlət-mətbuat münasibətlərinin düzgün istiqamətdə qurulması və inkişafının bünövrəsi Ulu Öndər tərəfindən qoyulub: “Məhz ona görə də mətbuat Ulu Öndəri özünün dostu sayıb və sağlam münasibətlər əsasında formalaşan dövlət və mətbuat münasibətləri bu gün çox yaxşı məcrada inkişaf edir. Cənab Prezident İlham Əliyev də dəfələrlə mətbuat rəhbərləri, Mətbuat Şurasının idarə heyətinin üzvlərini qəbul edib, mətbuata olan iradlarını bir başa özü səsləndirib, bu sahədə olan problemlərlə yaxından maraqlanıb. Bunun nəticəsidir ki, bu gün dövlətin əsas qanadlarından olan parlamentdə geniş görüş keçirilir”.“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxışında parlamentdə jurnalistlər üçün yaradılan şəraitdən razı olsa da, telefonların alınmasından narazılığını ifadə edib. Onun sözlərinə görə, Milli Məcisdə jurnalistlərin telefonlarının alınması məlumatların yayımlanmasında operativliyə mane olur. Toplantıda çıxış edən "İki Sahil" qəzetinin baş redatoru Vüqar Rəhimzadə söyləyib ki, bu görüş Milli Məclis-media münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Milli Məclis kənardan qeyri-adi görsənir. Amma, daxildə adi bir fəaliyyət var. Buna baxmayaraq ictimaiyyət tərəfindən Milli Məclisin, deputatların fəaliyyətinə böyük önəm verir. "Trend" İnformasiya Agentliyi baş direktorunun müavini Aruz Nağıyev isə çıxışında Azərbaycanda hərbi jurnalistika sahəsində müvafiq qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu dilə gətirib.KİVDF-nin icraçı direktoru Vüqar Səfərli  çıxışında elektron mediaya dövlət tərəfindən maddi dəstəyin verilməsi məsələsinin gündəmdə olduğunu dilə gətirib. Onun sözlərinə görə, bu məsələ yaxın gələcəkdə həllini tapacaq. Daha sonr çıxış edən Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev deyib ki, hərdən mətbuatda  Milli Məclisdə müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur: "Milli Məclisin rəhbərliyi, aparatı media ilə dostluq etmək niyyətindədir. Qəzetdə, saytda, televiziyada deyilən fikirlərdən incimək lazım deyil. Hərdən insanların hissiyatına toxunan xəbərlər olanda bunu araşdırmaq lazımdır".Sonda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Milli Məclisdə qeydiyyatdan keçən jurnalistlər üçün treninqlərin keçirilməsinin zərurliyini bildirib.
 
 
sia.az
SES QEZETI


Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər