18px16px14px12px

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX Konfransına hazırlıqlar başlayıb

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX  Konfransına hazırlıqla əlaqədar ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə başlanılmışdır.  Dünən  Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatı Mədəniyyət və Turizm şöbəsi ilk partiya təşkilatının sədri Cavanşir Pirverdiyev ilk partiya təşkilatının fəaliyyəti barədə geniş məlumat vermişdir: "İlk partiya təşkilatının sıralarında 245 nəfər partiya üzvü təmsil olunur. Hesbat dövrü ərzində təşkilatda 70-dən artıq gənc partiya sıralarına üzv qəbul edilib". 
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyasının Azərbaycanda aparıcı siyasi qüvvəyə malik olduğunu və müstəqil Azərbaycanın əbədiliyini təmin etdiyini bildirib: "Bu gün Yeni Azərbaycan Partiyasına müraciət edənlər arasında gənclər üstünlük təşkil edirlər. Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, onlar intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər".
Yığıncaqda Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin direktoru Əsgər Ələsgərov, YAP Şəmkir rayon təşkilatının fəal üzvlərindən Tural Əliyev, Fəxri Yusibov, YAP Şəmkir rayon təşkilatı qadınlar şurasının üzvlərindən Rəfiqə Mürsəlova, Sahibə Əmiraslanova  və başqaları çıxış edərək partiyanın yaranması tarixindən, fəaliyyətindən, ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan danışmışlar. Ərazi ilk partiya təşkilatının ötən müddət ərzində görülmüş işlərə dair hesabatını qənaətbəxş hesab ediblər, xüsusilə, gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.
Yığıncaqda təşkilat sədrlərinin hesabat məruzəsi dinləndikdən sonra, təşkilatın idarə heyətinin üzvləri, ilk partiya təşkilatı sədri və müavinləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının konfransına nümayəndələr seçilmişdir.
 
Rəfiqə
 



Xəbər lenti

16.01.2017

13.01.2017

12.01.2017

11.01.2017

Çox oxunan xəbərlər