18px16px14px12px

Siyasiləşmiş QHT-lərin tənqid olunması, həm də konkret ünvnaların ifşasıdır

"QHT-lərin böyük əksəriyyəti bu gün Azərbaycan dövlətinin tərəfdaşıdır, Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və Prezidentin yanında olduğunu bəyan edir"
 
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Ölkə başçısı iclasda xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını tənqid edib və onların hədəflərinin bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaq olduğunu bildirib: "Onların illər boyu apardıqları anti-Azərbaycan kampaniyalar heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: "İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir".
 
Söhbət etdiyimiz QHT rəhbərləri müşavirədə ölkə başçısı İlham Əliyevin faktlara əsaslanaraq bəzi QHT-ləri tənqid etməsini, həm də konkret ünvnaların ifşası kimi qiymətləndirdilər.
 
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov:
 
- Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bəzi xaricdən maliyyələşən QHT-lərin ölkəmizdə xoşagəlməz vəziyyət yaratmağa cəhdlər göstərdiklərini bildirib. Əlbəttə ki, biz Prezident İlham Əliyevin bu fikirləri ilə tam şərikik və bunu dəstəkləyirik. Prezident tam haqlı olaraq, qeyd edib ki, müəyyən QHT-lər xaricdən maliyyələşərək, öz ölkələrinə qarşı dünya ictimaiyyətində, beynəlxalq təşkilatlarda xoşagəlməz vəziyyət yaratmağa çalışırlar. Əlbəttə ki, bunların qarşısı Azərbaycan qanunvericiliyi ilə vaxtaşırı olaraq alınıb. Eyni zamanda, bununla bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülüb. Həmin QHT-lərin bəzi nümayəndələri məsuliyyətə cəlb olunub. Çünki onların fəaliyyəti qanundan kənar xarakter daşıyırdı. Yəni onlar aldıqları maliyyə vəsaitini dövlətdən gizlədiblər. Vergi orqanlarına heç bir hesabat verməyiblər. Bir sözlə, gizli şəkildə maliyyə alaraq, bu işləri törədiblər. Amma mövcud qüvvədə olan qanunlara uyğun olaraq, bunun qarşısı alınıb. Yalnız gizli yollarla Azərbaycandan qaçıb, xaricdə gizlənən müəyyən QHT-ləri var ki, onlar çirkin əməllərini doğma Azərbaycana qarşı, təəssüflər olsun ki, davam etdirirlər. Bu da onlara utanc gətirən bir məsələdir. Əgər onlar öz ölkələrinə qarşı bizə düşmən olan ermənilərlə birləşərək, təxribat hallarına yol verirlərsə, demək ki, onların hər hansı bir azərbaycanlı olmasından danışmaq qeyri-mümkündür. Prezident İlham Əliyev müəyyən QHT-lər dedikdə, məhz həmin o qüvvələri nəzərdə tuturdu və Azərbaycanın vətəndaş cəmiyyətinin tərkib hissəsi olan QHT-lərin böyük əksəriyyəti bu gün Azərbaycan dövlətinin tərəfdaşıdır, Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və Prezidentin yanında olduğunu bəyan edir.
 
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı:
 
- Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını tənqid etdi. Əvvəla, Prezidentin bütün mənbələrdən dəqiq məlumatı var. Tam doğru qeyd etdi ki, bu qeyri-hökumət təşkilatları ölkənin nüfuzunu aşağı salmaq , Azərbaycana ləkə vurmaq, dövləti qaralamaq və görülən işlərin üzərinə kölgə salmaq məqsədi daşıyırlar. Bu təşkilatların bütün fəaliyyəti Azərbaycanın milli maraqlarına zərbə vurmaqdır. Hər kəsə də bəllidir ki, bu cür təşkilatlara erməni diasporası və lobbiləri güclü maliyyə dəstəyi verirlər. Bizimkilər üçün isə, əsas puldur. Pula görə, vətəni də satmağa hazırdılar. Prezident İlham Əliyevin faktlara əsaslanaraq, bu cür çıxış etdi və bunları konkret olaraq, ifşa etmiş oldu.
 
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
 
Ölkə başçısı iclasda xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını tənqid edib və onların hədəflərinin bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaq olduğunu bildirib. Prezident İlham Əliyev konkret faktlara əsaslandığından, Azərbaycanda fəaliyyət göstərən QHT-lər, birmənalı şəkildə Onun fikirlərini dəstəkləyir. Bizlər də illərdir xaricdən gizli yollarla maliyyələşən, vergidən və şəffaflıqdan yayınan QHT-lərin fəaliyyəti ilə bağlı narahatlığımızı hər zaman bildiririk.
 
GÜLYANƏ
 



Xəbər lenti

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

Çox oxunan xəbərlər