18px16px14px12px

Eldar Sabiroğlunun təzədən "bülbüllüyü" tutub

Yaxud onun YAP-a heç bir aidiyyatı yoxdur!
 
İctimai rəy bəzən bir qrup insanların YAP-ın adından istifadə edərək özünü siyasi gündəmə daşımaq və ya fərd olaraq özünü siyasi proseslərin "vacib fiquru" kimi təqdim etmək istəklərinin meydana çıxmasının dəfələrlə şahidi olub. Belə insanların sonradan şəxsi maraqlarının qurbanları olması da kimsəyə sirr deyil. Daha dəqiq desək, belələri siyasi çevrələrində gördükləri işlərindən dolayı daha artığını tələb etmələri ilə şəxsi həyatlarında baş verənləri səhv salıralar. Necə ki, sabiq YAP üzvü Eldar Sabiroğlu kimi... 
 
Normal düşüncəli cəmiyyət Eldar Sabiroğlu timsalında olan insanları şəxsi maraqların girovu kimi qiymətləndirir  
 
Bu gün bu şəxsin partiya və onun rəhbərliyinə qarşı dağıdıcı müxalifət təmsilçilərindən fərqlənməyən böhtanlar atması və s. bu kimi davranışları, əslində, onun aşkar üzünü daha qabarıq şəkildə ifşa etməkdədir. Yəni o, bu gün özünü YAP-ın yaradılmasında "aparıcı fiqurant" kimi təqdim edib, oğlunun cinatəykar əməllərinə "siyasi don" geyindirməyə cəhdlər göstərirsə, bunu Azərbaycanın dövlətçilik maraqlarına, o cümlədən, atributuna (!-R.N.) qarşı istifadə edirsə, demək ki, bu günə qədərki fəaliyyəti, bilavasitə şəxsi mənafeyini güdməkdən ibarət olub. Və bu gün E.Sabiroğlu öz çirkin məqsədlərinə çatmaq üçün dövlət rəhbərliyinə qarşı həyasızcasna davranırsa, demək ki, onun daxilində uzun illərdən bəri çirkab formalaşıb. Əlbəttə ki, normal düşüncəli cəmiyyət də E.Sabiroğlu timsalında olan bu kimi insanları şəxsi maraqların girovu kimi qiymətləndirir.  
Məsələn, E.Sabiroğlunun bir sıra radikalyönümlü mətbu ruporlarda ortaya atdığı iddialar, yazdığı "açıq məktublar", səsləndirdiyi cəfəng fikirlər, böhtanlar və yalanlar onun hansı məqsədlərə kökləndiyini təsdiqləyir. Bu şəxsin özü haqqında rəy formalaşdırmaq arzusu, bunun fonunda isə ölkəmizin tanınmış siyasətçilərinə, ictimai xadimlərinə və dövlət məmurlarına qarşı kampaniya aparmaq niyyəti onun əsl simasını bir daha ifşa edir!
 
Siyavuş Novruzov: "Özünü 1993-cü ilin fevralından YAP Mərkəzi Aparatının işçisi kimi qələmə verən Eldar Sabiroğlu, əslində, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsində nəzarət-təftiş komissiyasının üzvü idi"
 
Ümumiyyətlə, E.Sabiroğlunun hər kəsə bəlli olan xəyanətləri, riyakarlığı, ikiüzlülüyü, satqınçılığı və digər əməlləri ilə bağlı mətbuatda dəfələrlə işıq üzü görüb. Elə də uzağa getməyərək, biz YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun E.Sabiroğlu barədə səsləndirdiyi fikirlərini xatırlada bilərik. SİTAT: "Özünü 1993-cü ilin fevralından YAP Mərkəzi Aparatının işçisi kimi qələmə verən E.Sabiroğlu, əslində, həmin dövrdə Azərbaycan Xalq Cəbhəsində nəzarət-təftiş komissiyasının üzvü idi. AXC-Müsavat cütlüyünün zor gücü və qeyri-şəffaf yolla hakimiyyəti əldə etdiyi zamanlarda bu şəxs onların tərənnümçüsü və təbliğatçısı rolunda çıxış edirdi. Daha doğrusu, Abşeron rayon icra hakimiyyəti başçısının müavini vəzifəsi uğrunda dəridən-qabıqdan çıxırdı. Hələ o dövrdə, yəni 1992-ci ilin noyabrında Naxçıvanda Heydər Əliyevə qarşı çevriliş cəhdləri edildiyi zamanda E.Sabiroğu Xalq Cəbhəsinin nəzarətində olan mətbu orqanlarda, məhz Ulu Öndərə qarşı mütəmadi çıxışları ilə yadda qalırdı. Lakin AXC rəhbərliyinin ona etimad göstərməməsi onu incik saldı. E.Sabiroğlu cəbhəçi yoldaşlarının vəzifələri öz aralarıda paylaşdığını, onun isə bu bölgüdən pay ala bilmədiyini, kənarda saxlanıldığını görüb lazımsızlığını anladı və AXC sıralarından kənarlaşdı. Nəhayət, istifadəyə yararsızlığını dərk edən Eldar qisas almaq üçün özünə yollar arayırdı. Uzun çəkən bu axtarışlar Eldarı, nəhayət, YAP-a gətirib çıxardı. Lakin o öz seçimində yenidən səhv etdi. Çünki YAP müqəddəs amallar və niyyətlər üçün yaranmışdır. Eldar kimilər orada uzun müddət fəaliyyət göstərə bilməzdi".
 
Məhz bu faktora diqqət yetirsək, biz Siyavuş Novruzovun onun barəsində apardığı təhlilin nə qədər doğru olduğunu görmüş olarıq... 
 
...Və bu andaca E.Sabiroğlunun "açıq məktub" qismində AXCP sədri Əli Kərimlinin birbaşa nəzarətində olan, erməni lobbisinin gizli maliyyəsi və bir sıra Qərb ermənipərəst təşkilatlarının dəstəyi ilə işıq üzü görən "Azadlıq" qəzetindəki çıxışını uzlaşdıraq. Məhz bu faktora diqqət yetirsək, biz Siyavuş Novruzovun onun barəsində apardığı təhlilin nə qədər doğru olduğunu görmüş olarıq. 
Digər tərəfdən, əgər nəzərə alsaq ki, Ə.Kərimli də zamanında öz liderinə, mərhum Əbülfəz Elçibəyə qarşı bir kitaba sığmayacaq qədər xəyanətlər, həqarətlər, şantajlar törədib, onda bu iki şəxin - E.Sabiroğlunun və Ə.Kərimlinin xəəmirlərinin eyni yerdə yoğrulduğu qənaətinə gələ bilərik. 
Bu əsnada sual yaranır, əcəba, E.Sabiroğlu necə olub ki, iqtidar komandasına sızmağı bacarıb? Bu sualın da cavabı Siyavuş Novruzov tərəfindən verilib və cavab danılmaz sübutlarla əsaslandırılıb. SİTAT: "Qisasçılıq zəminində AXC-yə qarşı çıxışlar edən E.Sabiroğlu 1994-cü ilin fevral ayında kimlərinsə Əli Nağıyevdən xüsusi xahişləri əsasında "Səs" qəzetində müxbir kimi işə başlayıb. Lakin qeyd etmək lazımdır ki, həmin dövrdə qəzet rəhbərliyi və kollektivi bu "xüsusi xahiş"ə qarşı olublar (Həmin dövrdə "Səs" qəzetinin baş redaktoru, hazırda isə "Azərbaycan" nəşriyyatının direktoru Ağabəy Əsgərov və hazırda Nərimanov rayon İH-in başçısı Abdin Fərzəliyev bu faktı təsdiqləyər). Həmin ilin avqust ayında partiyanın Mərkəzi Aparatı nəzdində analitik mərkəz yaradıldı. Quruma rəhbərlik Səyyad Arana həvalə edildi. Lakin o, həm də "Səs" qəzetinin baş redaktorunun müavini olduğu üçün bu vəzifə Eldara tapşırıldı. Sadəcə, qısa müddətdə analitik mərkəz adlı quruma "rəhbərlik" edən bu şəxsin partiyanın idarəçiliyində və ya hər hansısa təyinatda, təqdimatda necə rolu ola bilərdi? Hətta partiyanın ali seçkili orqanı sayılan İdarə Heyətinin səlahiyyətində olan bir təyinatı E.Sabiroğlunun öz adına çıxması onun hansı anormal gərginliklər içində olmasını təsdiq edir".
 
 
YAP rəsmisi: "Axı səni hamı yaxşı tanıyır, ay Eldar!"
 
S.Novruzov deyib ki, E.Sabioğlunun yaxın keçmişlə bağlı danışdığı yalanları, sadəcə, nağıl adlandırmaq daha doğru sayılardı: "Özü haqqında yüksək fikirdə olan Eldarın irəli sürdüyü yalan iddialarla özünü 90-cı illərin mühüm fiquru sayması gülünc iddiadan başqa bir şey deyil. Bu gün E.Sabiroğlu yalanları ilə elə şəxsləri hədəfə alır ki, həmin insanlar o dövrdə YAP-ın təşkilatlanması istiqamətində işlər aparıb, bölgələrdə partiyanın strukturlarının güclənməsi yönümündə fəaliyyət nümayiş etdirib. 1994-cü ildən 1995-ci ilin sonuna qədər "Səs" qəzetində işləyən E.Sabiroğlu ciddi jurnalistika ilə deyil, rayonlarda icra başçısından narazı olanlar və yaxud onun yerinə keçmək istəyində olan insanlardan xüsusi həvəsləndirmə müqabilində sifarişli məqalələri ilə yadda qalıb ("Səs" qəzetinin həmin dövrdəki saylarına baxa bilərsiniz). O, hətta partiyanın İdarə Heyəti və Siyasi Şura üzvlərinə qarşı şər, böhtan, şantaj xarakterli yazılarla çıxış edirdi (Sirus Təbrizli, Rafael Allahverdiyev, Yusif Hümbətov, Samur Novruzov və başqaları bu qəbildən "hədəf" seçilmişdi). O cümlədən, ölkənin mühüm dövlət postlarında fəaliyyət göstərən şəxslərə qarşı sifarişli məqalələri ilə yadda qalan E.Sabiroğlunun jurnalistika fəaliyyəti, sadəcə, pul qazanmağa köklənmişdi. "Siyasi fəaliyyəti" tamadalıqla məhdudlaşan Eldarın əxlaqı, mənəviyyatı həmin dövrdə partiya aparatında fəaliyyət göstərən insanlara yaxşı məlumdur. Qəribəsi budur ki, E.Sabiroğlu öz yalanlarına o qədər qapılır ki, miqyasını belə itirir. Nə siyasətdə, nə də jurnalistikada imzası olmayan E.Sabiroğlu bu gün özü haqqında xüsusi rəy yaratmağa çalışır. Təbii ki, bu cəhdlər səmərəsizdir. Axı səni hamı yaxşı tanıyır, ay Eldar!"
Beləliklə, E.Sabiroğlunun məqsədi və məramının nədən ibarət olması bir daha məlum oldu. Bu gün o kimlərisə öz yalanları ilə inandıra bilər. Ancaq onun haqqında reallıqları, həqiqətləri bilənləri əsla yox!
 
Rövşən NURƏDDİNOĞLU
 



Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər