18px16px14px12px

YAP Daşkəsən rayon təşkilatı Zəylik ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

Dünən Daşkəsən rayonunun Zəylik kəndində YAP Daşkəsən rayon təşkilatı Zəylik ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilmişdir. İclasın gündəliyində 4 məsələ müzakirə edilmişdir. Birinci məsələ ilə əlaqədar ərazi ilk partiya təşkilatının sədri Novruz Qocayev hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan bu günədək görülən işlərdən danışaraq, qeyd etmişdir ki, illik tədbirlər planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilmiş, Yeni Azərbaycan Partiyasının nüfuzu və hörməti kənd sakinləri arasında daha da möhkəmlənmişdir: "Ötən hesabat-seçki yığıncağından bu günədək Zəylik ərazi ilk partiya təşkilatının sıraları keyfiyyətcə xeyli möhkəmlənmiş və zənginləşmişdir. YAP-a ümumxalq sevgisinin nəticəsidir ki, bu partiyaya axın edənlərin əksəriyyəti gənclər və ziyalılardır. Ərazi ilk partiya təşkilatının sədri nitqinin sonunda yığıncaq iştirakçılarını əmin edərək, bundan sonra da qarşıya qoyulan vəzifələrin məsuliyyətlə icra ediləcəyini bildirdi".
Yığıncaqda çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev rayonun ölkənin sərhəd bölgələrindən biri olduğunu qeyd etmişdir: "İndi müasirliyə qovuşmuş Daşkəsən rayonu hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Son illər rayonda kompleks quruculuq tədbirləri həyata keçirilib. Rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlara müasir iş şəraiti yaradılıb, yeni inzibati binalar, məktəblər, yollar, körpülər tikilərək istifadəyə verilib. Bütün bunlar daşkəsənlilərin qurub-yaratmaq əzmini xeyli yüksəldib".
Meydanəli Yolçuyev çıxışında onu da qeyd etmişdir ki, partiyanın Proqram və Nizamnaməsini əlində rəhbər tutan rayon partiya təşkilatı Yeni Azərbaycan Partiyasının avanqard rolunun daha da yüksəldilməsində fəallıq göstərir. 
Hesabat-seçki yığıncağının iştirakçıları ilk partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədr müavini Cavanşir Qocayev YAP-ın Azərbaycanda aparıcı siyasi qüvvəyə malik olduğunu diqqətə çatdırıb, bu siyasi qüvvənin meydana gəlməsində əməyi olan insanların rolunu vurğulayıb. O bildirilib ki, "Yeni, müstəqil Azərbaycan uğrunda" şüarını özünə rəhbər seçən partiya Ümummilli Lider Heydər Əliyevin siyasi məfkurəsi, əzmi, fədakarlığı ilə dövlətin ən aparıcı iqtidar partiyasına çevrilib. Ulu Öndər Heydər Əliyevin səyi ilə formalaşan və inkişaf edən partiya müxtəlif təbəqələri ətrafında cəmləşdirə bilib.
Hesabat-seçki yığıncağında ilk partiya təşkilatının fəallarının çıxışları və ürək sözləri dinlənilmiş, ərazi ilk partiya təşkilatının yeni idarə heyətinin üzvləri, sədri və sədr müavinləri seçilmişdir.
Həmçinin, yığıncaqda YAP Daşkəsən rayon təşkilatının konfransına ərazi ilk partiya təşkilatından 6 nəfər nümayəndə seçilmişdir.
Zəylik ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağının sonunda bir qrup gənc və ziyalı YAP sıralarına qəbul olunmuş, bir qrupuna isə partiyanın üzvlük vəsiqələri verilmişdir.
RƏFİQƏ
 



Xəbər lenti

16.01.2017

13.01.2017

12.01.2017

11.01.2017

Çox oxunan xəbərlər