18px16px14px12px

Beynəlxalq məsləhətçi Berri Uols Milli Kitabxanada olub

Dünən Avstraliyanın Məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi cənab Berri Uols Milli Kitabxanada olub. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Elektron Kitabxana  Layihəsinin məsləhətçisi olan cənab B.Uols əvvəlcə layihə haqqında məlumat verib. O, bu elektron  kitabxanada bütün hüquq ədəbiyyatını toplanmaq istədiklərini bildirmiş, eyni zamanda, müəllif hüquqlarının qorunmasının zəruriliyinə də toxunub.
Azərbaycan Milli Kitabxanasının bu sahədə təcrübəsindən danışan K.Tahirov  beynəlxalq məsləhətçiyə hər sahədə yardım etməyə hazır olduqlarını bildirib. 
Kitabxana ilə tanış olan B.Uols Azərbaycan oxucularının hüquq sahəsində daha çox hansı ədəbiyyatı oxuduqları, bu sahədə daha çox hansı dövri mətbualta müraciət etdikləri ilə maraqlanıb.
Görüşün sonunda beynəlxalq məsləhətçi Elektron kitabxananın yaradılmasında  Azərbaycan Milli Kitabxanası ilə  əməkdaşlığa ümid etdiyini bildirmiş, oxucular arasında sorğu keçirməyə şərait yaradılmasını xahiş edib.
Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, "Azərbaycan mətbəxi" (ingilis dilində) və b. kitablar qonağa hədiyyə verilib. 
ZÜMRÜD
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər