18px16px14px12px

YAP Nizami rayon təşkilatının IX konfransına hazırlıq işlərinə start verilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının IX konfransına hazırlıq işlərinə start verilib. 27 dekabr 2016-cı ildə keçirilmiş rayon təşkilatı şurasının iclasında konfransa nümayəndələrin müəyyənləşdirilməsi üçün ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə qrafiki, həmçinin, konfransa hazırlıq işlərini həyata keçirən məsul şəxslərin siyahısı təsdiq edilib. Qrafikə əsasən, artıq rayon təşkilatının ilk partiya təşkilarında yığıncaqların keçirilməsinə və konfransa nümayəndələrin müəyyənləşdirilməsinə başlanıb.
YAP Nizami rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar fikirlərini bildirən rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, VIII konfransdan ötən müddət ərzində rayon təşkilatı İcra Katibliyinin proqram və təlimatları əsasında uğurlu fəaliyyətini davam etdirib, ideoloji təbliğatını daha da gücləndirib, müxtəlif tədbirlər keçirib: "Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına BNEZ-in akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 141 ərazi ilk partiya təşkilatında 12861 nəfər birləşib. Rayon təşkilatının sıralarında 3 millət vəkili, 22 bələdiyyə üzvü, 65 elmlər namizədi, 15 elmlər doktoru və dosent yer alıb. Sevindirici haldır ki, üzvlərimizin 55 faizindən artığını gənclər təşkil edir. Cəmiyyətdə aktivliyilə seçilən qadınlarımız isə 5811 nəfərdir".
Deputat onu da qeyd edib ki, YAP Nizami rayon təşkilatının fəaliyyəti çoxşaxəli və genişdir. Bu işlərin reallaşdırılması təbii ki, partiya fəallarının köməyi və ilk təşkilatların dəstəyilə baş tutub. Bu mənada, YAP Nizami rayon təşkilatı növbəti - IX konfransına böyük uğurlar və nailiyyətlərlə gedir.
 
Rövşən RƏSULOV
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər